Toy evindən 16 min dollar oğurlandı

Toy evindən 16 min dollar oğurlandı
17:14 11 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə yaşayış evindən oğurluq edilib.

Milli.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıməlik kəndində İlhanə Bağırovaya məxsus evdə qeydə alınıb. Ev sahibinin bildirdiyinə görə, oğlunun toy günü hamı saat 22-yə kimi şadlıq evində olub. Geri qayıdanda isə evin qapısının açıq olduğunu görüblər. Pəncərədən evə girən oğrular mənzildə olan sandığın içərisindən 1 milyon 200 min rus rublu (təxminən 16 000 dollar) və gəlin üçün alınan 200 manat dəyərində qızıl-zinət əşyaların aparıblar. İ. Bağırova Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının evə gələrək oğruların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirdiklərini bildirib. Ev sahibəsi şübhələndikləri şəxslərin adlarının da polisə təqdim edildiyini deyib.
 
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR