Şabranda yol polisinin döyülmə səbəbi

Şabranda yol polisinin döyülmə səbəbi
17:06 11 Yanvar 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şabranda 3 nəfər tərəfindən döyülən Dövlət Yol Polisi əməkdaşı Cahangir Əliyev ciddi xəsarət almayıb". Bunu ANS PRESS-ə açıqlamasında Şabran Mərkəzi Rayon Xəstəxasının təcili yardım şəbəsinin müdiri Firudin Zərbəliyev deyib.

Onun sözlərinə görə, təcili yardım maşını hadisənin baş verdiyi Ağalıq kəndinə gələrkən xəstənin vəziyyəti normal olub. Lakin onun üst-başı palçıqlı, tozlu olub.





Faktla bağlı Şabran hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb. Rayon prokurorluğunun müstəntiqi Təranə Məmmədovanın sözlərinə görə, 36 yaşlı DYP əməkdaşı Cahangir Əliyev xidmət apararkən Ağalıq kənd sakinləri 36 yaşlı Səxavət İsmayılov, 31 yaşlı Nuru Dadaşov və 37 yaşlı Tağı Aydınov tərəfindən fiziki təzyiqə məruz qalıb. Hər üç şəxsin hadisə zamanı sərxoş olduğunu bildirən xanım müstəntiq prokurorluqda araşdırmalar aparıldığını bildirib.
Artıq toplanmış materiallar prokurorluğa təqdim olunub.


Kənd sakinlərinin verdiyi məlumata görə, Cahangir Əliyev sürücüləri əsassız saxlayır, incidir, rüşvət alırmış. Döyülməsinə də səbəb sakinlərin onun hərərkətlərindən təngə gəlməsi olub.

Baş Dövlət Yol Polisinin Post Patrul Xidməti Alayının şimal bölgəsindəki 2 saylı tağımının rəisi Arzu Nurəliyev Cahangir Əliyevin heç bir rüşvət tələb etmədiyini, qanunsuzluğa yol vermədiyini, əksinə ona qarşı fiziki güc tətbiq edildiyini söyləyib.

Səsləndirilən iddialara Şabran prokurorluğunda aparılan araşdırmada tam aydınlıq gətirəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR