Ötən il 261 biznes-forum, işgüzar görüş və sərgi keçirilib

Ötən il 261 biznes-forum, işgüzar görüş və sərgi keçirilib
17:13 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, İKT, maliyyə və konsaltinq, investisiya, ticarət, təhsil, səhiyyə və əczaçılıq, turizm, nəqliyyat, logistika, sənaye, alternativ enerji, tullantıların idarə edilməsi və s. sahələr üzrə investisiya layihələrinin təqdimatı təşkil olunub.

Tədbirlərdə Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2478956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR