Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfir Dan Stav: Azərbaycanın tolerantlıq modeli unikallığı ilə seçilir

Səfir Dan Stav: Azərbaycanın tolerantlıq modeli unikallığı ilə seçilir

Date: 11 January 2016 17:13


Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stav ilə görüşüb.
Komitə sədri Azərbaycan-İsrail münasibətlərinin tarixindən, yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. Ölkəmizdə multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin təsadüfi olmadığını bildirib. O deyib ki, tolerantlıq xalqımızın həyat tərzidir. Azərbaycanda bütün dinlərin nümayəndələri, yəhudilər də daxil olmaqla əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar.
Səfir Dan Stav fəaliyyəti dövründə ölkəmizin bölgələrinə səfərlər etdiyini, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Ötən ilin noyabr ayında ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət 50 nəfərlik heyətin Azərbaycandan çox yüksək təəssüratla qayıtdıqlarını bildirən səfir müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin unikallığı ilə seçildiyini deyib. O qeyd edib ki, bu baxımdan Azərbaycan tolerantlıq ixracatçısı ola bilər.

Tags:  Səfir Dan Stav Azərbaycanın tolerantlıq modeli unikallığı seçilir


RƏYLƏR


Top news