Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan multikulturalizmini dünyaya nümunə kimi göstərməyə çalışırıq"

"Azərbaycan multikulturalizmini dünyaya nümunə kimi göstərməyə çalışırıq"

Date: 11 January 2016 17:17

"Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncam imzalaması ölkəmizdə multikulturalizmə düzgün hüquqi və siyasi qiymət verildiyini bir daha təsdiq edir".

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Hikmət Babayev deyib.

Onun sözlərinə görə, dövlət başçısının cari ilin ölkədə "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncamı Mərkəzin fəaliyyətinə bir stimul verib: "Multikulturalizm və tolerantlıq ideyalarını nəinki Azərbaycanda, eləcə də dünyada təbliğ etməyə çalışırıq. Cənab prezidentin dili ilə desək, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Dövlət başçısı bu sözlərini də 2016-cı ilin "Multikulturalizm ili" elan etməsi ilə bir daha göstərdi. Prezident həmişə qeyd edir ki, bütün dünya Azərbaycanın multikulturalizm nümunəsini, Azərbaycandakı xalqların, dini konfessiyaların birgəyaşayış normalarını, onlar arasındakı münasibətlərin incəliklərini öyrənməlidir. Biz də bunu daim rəhbər tutaraq, bütün dünyaya Azərbaycan multikulturalizmini bir nümunə kimi göstərməyə çalışırıq. Bu istiqamətdə də onlarla layihə həyata keçiririk".

H.Babayev deyib ki, cari il Azərbaycanda "Multikulturalizm ili" elan edildiyindən 2016-cı il Mərkəz üçün 2015-ci ildən daha məhsuldar olmalıdır: "Bu il prezidentin ideyalarını reallaşdırmaq üçün bizdən daha artıq güc, ideya, əzmkarlıq, zəhmət tələb edir".

Milli.Az


Tags:  Azərbaycan multikulturalizmini dünyaya nümunə göstərməyə çalışırıq


RƏYLƏR


Top news