Kənan Yavuz: "Türkiyə infrastruktur investisiyalarında əhəmiyyətli addım atıb"

Kənan Yavuz: "Türkiyə infrastruktur investisiyalarında əhəmiyyətli addım atıb"
17:17 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Türkiyə infrastruktur investisiyalarında əhəmiyyətli addım atıb. “Report”un məlumatına görə, bunu “SOCAR Energy Turkey”in prezidenti Kənan Yavuz deyib. K.Yavuzun sözlərinə görə, Türkiyə enerji körpüsü olmaq istiqamətində strateji addımlar atıb: “Artıq buna istehsalı da əlavə etmək lazımdır. Yeni istehsal paketində Türkiyənin ara məhsulu istehsalına fokuslanması, Türkiyənin subkontraktor olmasına şərait yaradan idxaldan asılılığını azaltmağa şərait yaratmaq lazımdır”.
K.Yavuz deyib ki, tezliklə Brüsseldən Pekinə qədər bütün ticarət əlaqələri yeni yolla aparılacaq: ”Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi bitəndən sonra Marmaray və İstanbul-İzmir şosesi ilə Xəzər tranzit rolunu oynamağa başlayacaq. "İpək yolu" üzərindən yeni investisiya imkanları, yükdaşımalarda böyük fürsətlər yaranacaq. Çindən Brüsselə qədər bir yol meydana gələcək”.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/kenan-yavuz-turkiye-infrastruktur-investisiyalarinda-ehemiyyetli-addim-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR