Türkiyədə meyiti tapılan azərbaycanlı və sevgilisinin fotosu

Türkiyədə meyiti tapılan azərbaycanlı və sevgilisinin fotosu
17:23 11 Yanvar 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə yanavarın 8-də çaydan tapılan azərbaycanlı qadının meyitinə sahib çıxan olmayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumta görə, 44 yaşlı Xatirə Haqverdiyeva və onun sevgilisi olduğu iddia edilən 35 yaşlı Ekrem Dadlının meyiti Antalya şəhərinin ərazisindən keçən Manavqat çayında, bir-birindən 400 metr aralıda tapılmışdı.

Onların qətlə yetirildiyi iddia edilir. Polis itkin düşdükdən 1,5 ay sonra tapılan iki nəfərin qatil və ya qatilləri tapmaq üçün əməliyyata başlayıb.
Cəsədlər Antalya morquna aparılıb və yarılıblar. Daha sonra Ekrem Dallının cənazəsi dəfn edilmək üçün Kütahyanın Simav rayonuna aparılıb. Onun qardaşı mərhumun mobil telefonu və maşının da yoxa çıxdığını deyib.


Xatirə Haqverdiyeva və Ekrem Dadlı

Azərbaycanlı qadının meyitini isə morqdan götürən olmayıb. Ölən kişinin dostlarının sözlərinə görə, onlar 5 aydır ki, birlikdə olublar. Aparılan araşdırmada qadının Türkiyədə qanunsuz qaldığını, onun yüngül həyat tərzi keçirdiyi üzə çıxıb. Onun Azərbaycanda 5 uşağı və iki nəvəsi olduğu bildirilir.

Polis cütlüklə bağlı önəmli məlumatlar əldə etdiyini, yaxın zamanda nəticə əldə edəcəklərini açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR