Təhsil Nazirliyində struktur dəyişikliyi aparılıb

Təhsil Nazirliyində struktur dəyişikliyi aparılıb
17:29 11 Yanvar 2016
41 Sosial
Ölkə mətbuatı
A- A+

 

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, Təhsil Nazirliyində struktur dəyişikliyi aparılıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən,  İqtisadiyyat şöbəsinin bazasında Maliyyə və Audit şöbələri yaradılıb. Eləcə də İlk peşə və orta ixtisas şöbəsi ləğv edilərək, İlk peşə-ixtisas təhsili sektoru yaradılıb. İnsan resursları şöbəsinin Əlavə təhsil sektorunun adı dəyişdirilərək, Dövlət qulluğu məsələləri sektoru, Məktəbəqədər və ümumi təhsil şöbəsi isə Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsi adlandırılıb.

Bundan başqa, Elm və ali təhsil şöbəsinin adı dəyişdirilərək, Elm, ali və orta ixtisas təhsil şöbəsi olub. Şöbənin Tələbələrə dəstək və mübadilə proqramları  və Ali təhsil sektorlarının bazasında Ali, orta ixtisas və əlavə təhsil sektoru yaradılıb.

Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin adı dəyişdirilərək, Hüquq şöbəsi, həmin şöbənin Lisenziyalaşdırma və akkkreditasiya sektoru Normativ-hüquqi təminat sektoru, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun adı dəyişdirilərək, İctimaiyyətlə əlaqələr sektoru adlandırılıb.

 

Həmçinin, Protokol sektoru Beynəlxalq əməkdaşlıq şöbəsinin tərkibinə verilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR