Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ani Lorakın türk əri Rusiyaya buraxılmadı - FOTO

Ani Lorakın türk əri Rusiyaya buraxılmadı - FOTO

Türk hərbçilərə Rusiyaya səfər etməyə icazə veriləcək (18 Fevral 2017 20:14)
Rusiya təyyarələrinə səhv koordinat verənlər tapıldı – TELEFON QEYDLƏRİ (11 Fevral 2017 15:08)

Tarix: 11 Yanvar 2016 17:43

Ukrayna əsilli müğənni Ani Lorakın ailəsində ağır günlər yaşanır.

Qafqazinfo-nun Rusiya KİV-nə istinadən məlumatına görə, bir həftədən çoxdur ki, 38 yaşlı müğənni həyat yoldaşını görə bilmir. Buna səbəb isə Rusiyanın Türkiyəyə qarşı viza rejimi tətbiq etməsidir.

Yanvarın 1-dən etibarən həyat yoldaşı Türkiyə vətəndaşı Murad Nalçacıoğlunun Rusiyaya girişinə qadağa qoyulub.

Məlum olub ki, Murad Yeni il tətili ilə bağlı Türkiyəyə gedib, viza məsələsini həll edə bilməyib. Cütlük viza məsələsi həll olanadək Rusiyadan kənar bir ölkədə görüşəcəklər.

Müğənni Ani Lorak məsələ ilə bağlı açıqlama verib:

"Heç nə olmaz. Bu sadəcə əlaqələrimizi daha da möhkəmləndirəcək. Bir gün sonra ABŞ-da görüşəcəyik. Mənim orada böyük konsert turum var. Murad bütün vaxtını mənə həsr edəcək. İstənilən qadın kimi mən də həyat yoldaşımın yanında özümü daha sakit hiss edirəm. O mənim dayağım və dəstəkçimdir".









Teqlər:  ani lorak murad nalcacioglu ani lorakin turk eri ani lorakin eri rusiyaya buraxilmadi



RƏYLƏR


Top xəbərlər