​Nardaranda yeni yaradılan polis bölməsi bir neçə əməliyyat keçirib

​Nardaranda yeni yaradılan polis bölməsi bir neçə əməliyyat keçirib
17:38 11 Yanvar 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunun Nardaran qəsəbəsində yeni yaradılan 42-ci polis bölməsinin əməkdaşları artıq bir neçə əməliyyat keçirib.

“Report” xəbər verir ki, əməliyyat zamanı qəsəbə sakini, 1961-ci il təvəllüdlü İlqar Abdullayevdən 1 ədəd bıçaq götürülüb. Digər bir əməliyyat zamanı isə qəsəbənin Ş.Tuti küçəsində yol kənarından 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, 1 ədəd süngü bıçağı və 19 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/nardaranda-yeni-yaradilan-polis-bolmesi-bir-nece-emeliyyat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR