4 futbolçu üçün 488 milyon manat ayırıldı

4 futbolçu üçün 488 milyon manat ayırıldı
17:37 11 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın 24 matçında cəmi 20 qol vura bilən "Mançester Yunayted" hücum xəttindəki problemi həll etmək üçün yeni plan hazırlayıb. Fanat.az xəbər verir ki, lider "Arsenal"dan 10, əzəli rəqibi "Mançester Siti"dən 15 qol geri qalan "qırmızı şeytanlar" ön xətti gücləndirmək üçün transfer siyahısına 4 futbolçunun adını daxil edib.

Siyahıda ilk pilləni "Latsio"dan Felipe Anderson tutur. "Daily Star"ın xəbərinə görə, "Mançester Yunayted" onun transferi üçün 30-35 milyon funt-sterlinq ödəməyə hazırdı.

Mançester təmsilçisinin maraq dairəsindəki digər futbolçu Sadio Manedi. "Sautqempton" gənc futbolçusunu 30 milyon funt-sterlinqdən aşağı rəqəmə satmaq niyyətində deyil. Onunla həmçinin "Çelsi" və "Bavariya" da maraqlanır.

"Borussiya"nın (Dortmund) gənc ulduzu Pyerr-Emerik Aubameyanq "qırmızı şeytanlar"ın ən böyük hədəflərindən biridi. Bu mövsüm 23 oyunda 24 qol vuran qabonlu futbolçunun keçidi üçün ən azı 50 milyon funt-sterlinq xərclənməlidi.

Siyahıdakı son və ən önəmli isim təbii ki, Qaret Beyldi. "Mançester Yunayted" "Real"ın uelsli ulduzunu artıq uzun müddətdi transfer siyahısında saxlayır. Bu transfer üçün ən az, ən çox - düz 100 milyon funt-sterliq lazımdı.

Beləliklə, "Mançester Yunayted" bu qış və yay üçün nəzərdə tutduğu 4 transferə 215 milyon funt-sterlinqə (488 milyon 716 min manat) yaxın pul xərcləmək niyyətindədi. Amma bu "qırmızı heytanlar" üçün problem olmamalıdı. Belə ki, Premyer Liqa klubunun hazırda davam edən və 10 illik müddət üçün nəzərdə tutulan 750 milyon funt-sterlinqlik (1 milyard 704 milyon 825 min manat) sponsorluq müqaviləsi var.

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-4-futbolcu-ucun-488-milyon-manat-ayrld-t46718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR