Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Daha bir futbolçu "Kəpəz"dən ayrıldı

Daha bir futbolçu "Kəpəz"dən ayrıldı

Date: 11 January 2016 17:42

Yevlaxda təlim-məşq toplanışına start verən "Kəpəz" daha bir futbolçu ilə yollarını ayırıb.

Milli.Az bildirir ki, Trend klubun saytına istinadən məlumat verir ki, komandanı qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitnik tərk edib.

Xatırladaq ki, cari mövsümdə 17 oyunda meydanda olan hücumçu rəqib qapısından iki qol keçirib. Sitnik "Qəbələ" və "Sumqayıt" ilə səfər oyunlarında fərqlənib.

Qeyd edək ki, Gəncə təmsilçisi daha öncə Murad Ağakişiyev, Məhərrəm Hüseynov, Ziyabil Məmmədov və Rəşad Eyyubovla da yollarını ayırıb.

Milli.Az


Tags:  futbolçu Kəpəzdən ayrıldı

RƏYLƏR


Top news