Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır" - Gülay

"Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır" -  Gülay

Məşhurlar Novruz tətilində belə dincəldilər - FOTO (27 Mart 2017 12:05)
Novruz bayramı münasibətilə Berlində tədbir - FOTO (26 Mart 2017 17:42)
Rəqsanənin qızı şərab içdi, sonra isə... (25 Mart 2017 21:22)

Tarix: 11 Yanvar 2016 18:16

Müğənni Gülay Zeynallının başına iş gəlib.

Axşam.az-ın məlumatına görə, ailəsi ilə istirahətə yollanan sənətçinin avtomobili qarda batıb.

Gülay Zeynallı bu haqda “ATV maqazin onlarla” verilişində danışıb:

“Dekabrın 31-də bayramı keçirdik, səhəri Qubaya getdik. Dörd-beş ailəvi dostlar gəzməyə çıxdıq, maraqlı oldu. Təbiətin başımıza açdığı gözəl hadisə ilə qarşılaşdıq. Qardan maşınımız getmədi, batıb qaldı. Rayon camaatı köməyimizə gəldi”.

Gülay Zeynallı qızı Sahilədən bəhs edib. O, qızının atası ilə çox vaxt keçirməsinə və buna görə sosial şəbəkədə onu qınayanlara da cavab verib:

“Qız uşaqları ataya meyilli olur. Kamil (həyat yoldaşı, idmançı Kamil Zeynallı - red.) uşağı səs-küylə oynadır. Mən isə istəyimi sakit yaşayıram. Qızım tapançayla, maşınlarla oynamağı xoşlayır. Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır. Qızımı heç vaxt klipimə çəkmərəm. Getsin dərslərini oxusun".


Teqlər:  gulay zeynalli gulay zeynalli qizi menimki tapanca oynadir gulay zeynallinin qizi sahile



RƏYLƏR


Top xəbərlər