Moskva Yerevanı ayaqaltı etdi

Moskva Yerevanı ayaqaltı etdi
18:03 11 Yanvar 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Qanunsuz Moskva-Yerevan avtobus reysi bağlanıb (13 İyun 2017 16:32)
ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırır (19 May 2017 11:36)
"Ararat" Rusiya çempionatında çıxış edəcək (01 Aprel 2017 13:07)

Rusiyanın erməniləri birmənalı şəkildə, hər işdə və hər yerdə dəstəkləməsi barədə çox deyilir. Ermənilər də artıq əsrlərdir ki, "ruslar xilaskarlarımız, böyük qardaşımız, əzəli və əbədi dostumuzdur" iddiasını aksiom kimi yayır, ətrafdakı toplumlara qəbul etdirməyə çalışırlar.
Belədirmi?
Yox.

Dünyanın bir neçə ölkəsi ermənilərin Osmanlı Türkiyəsində qondarma "soyqırım"a məruz qalmaları barədə qanun qəbul edə bilərlər, bəzi ölkələrdə "soyqırım"ı danmaq cinayət sayıla bilər, ermənilər təbliğatlarının uğurlu, diasporlarının da qüdrətli olduqlarına əvvəl özlərini, sonra da başqalarını inandırmağa çalışa bilərlər. Amma reallıq fərqlidir.

Rusiya Dövlət Duması ölkə ərazisində qondarma "erməni soyqırımı"nın danılmasının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini müzakirə etməyə hazırlaşarkən ermənilər əsla gözləmədikləri zərbə alıblar.

Yerevan üçün "sağ huk" təsiri bağışlayan bu zərbənin "müəllifi" Moskva və Bütün Rusiyanın patriarxı Kirilldir. O, Osmanlı Türkiyəsində qondarma "soyqırım"la bağlı ermənilərin indiyədək apardıqları aqressiv təbliğatlarına sərt cavab verib.

"Rossiya 1" telekanalında teleaparıcı Dmitri Kiselyovun suallarını cavablayan patriarx Kirill Osmanlı Türkiyəsində xristianların təqiblərə məruz qalmadığını, soyqırımla üzləşmədiklərini deyib.

"Təbii, xristianlarla müsəlmanların münasibətləri heç zaman ideal, rəvan olmayıb. Zorakı müsəlmanlaşdırma, xristian torpaqlarının ələ keçirilməsi olub. Həmişə hər iki tərəfdən itkilərlə müşayiət olunmuş hərbi əməliyyatları nəzərə almasaq, islam aləmində indiki hadisələrin bənzəri heç zaman olmayıb. Məsələn, Osmanlı Türkiyəsini yada salaq. Bəli, orada xristian azlıqlar vardı, amma onları məhv etmirdilər", - patriarx söyləyib.

Rusiya Pravoslav Kilsəsinin rəhbərinin bu açıqlaması ermənilər üçün şok effekti yaradıb. Ermənistan mediası ilə yanaşı, müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları pravoslavların dini rəhbərini "subyektiv, həqiqətdən uzaq, siyasi məqsədli bəyanat" verməkdə suçlayıblar.

Ermənilər patriarx Kirillin ötən il qondarma "soyqırım"ın 100 illik anımı münasibətilə Yerevanda keçirilən tədbirlərə qatılmadığını da xatırladıblar.

Ermənilərin təşviş, pərişanlıq və qəzəbini anlamaq olar.

Doğrudur, 1995-ci ildə Rusiya 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin guya "soyqırım"a məruz qalması barədə bəyanat qəbul etdi. Amma rus dövlət xadimləri və siyasətçilərlə yanaşı, erməni ekspertlər də etiraf edirlər ki, bəyanatın qəbulu sırf təsadüf idi.

Bəyanatın qəbulundan dərhal sonra Türkiyə "bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur" açıqlaması ilə çıxış etdi. Ermənilər rəsmi Ankaranın xəbərdarlığını sürətlə və genişmiqyaslı şəkildə təkzib etməyə başladılar, Ermənistan kampaniyasında şadyanalıq başlandı və belə təəssürat yaranırdı ki, Rusiya Dövlət Dumasının qərarı az qala Türkiyənin yarısının Ermənistana verilməsini "şərtləndirir".
Bir qədər də keçdi, Rusiya rəhbərliyi bəyan etdi ki, Dövlət Dumasının qəbul etdiyi sənəd ölkə qanunvericiliyinə, Türkiyə ilə münasibətlərə təsir etməyəcək və ümumiyyətlə, bəyanat "deputatların mövqelərini əks etdirir".

Rəsmi Moskva hakimiyyəti vədinə xilaf çıxmadı. Rusiya prezidenti Vladimir Putin ötən ilin aprelində Yerevandakı "soyqırım" tədbirlərinə qatılsa da, Sisernakaberddəki memoriala getsə də, çıxışında və açıqlamalarında bir dəfə olsun belə, "soyqırım" sözünü işlətmədi. 
Üstəlik, onun Yerevana səfəri son günədək müəmma olaraq qalmışdı.

Türkiyə Hərbi-Hava Qüvvələrinin iki F-16 qırıcısı Suriya ilə sərhədin yaxınlığında, ölkənin səmasına soxulmuş Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurandan sonra V.Putin etiraf etmişdi ki, Ankara ilə münasibətlərdə türklər üçün "çox həssas məsələlərdə irəli getməyə" hazırdı.
Moskva həmin "həssas məsələlər" dedikdə qondarma "erməni soyqırımı" və Dağlıq Qarabağ münaqişəsini ehtiva edir.

Əslində, erməni məsələsi və ümumiyyətlə, ermənilər Rusiya üçün əsrlər boyu Türkiyəyə qarşı təzyiq vasitəsi olub. Heç təsadüfi deyil ki, məhz Su-24 vurulandan sonra Rusiya Dövlət Dumasına qondarma "erməni soyqırım"ının inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsi təqdim olundu.

1995-ci ildə, "soyqırım"ın Rusiya Duması tərəfindən tanınması məsələsində də eynən belə olmuşdu. 
Həmin ildə Rusiyanın Cənubi Qafqazdakı mövqeləri ifrat dərəcədə zəiflədiyindən Moskva Ermənistanın Qərbə meyllənəcəyindən çəkinirdi. 

Amma sonra vəziyyət "düzəldi", ABŞ və Avropa Birliyinin regional "geosiyasi ilhaq" planı baş tutmadı, ermənilər yenə Rusiyanın forpostu mövqeyində qaldılar və Moskva ermənilərə ünvanladığı şirnikləndirici vədləri unutdu. 
İndisə Türkiyə ilə münasibətlərin gərilməsinə rəğmən, patriarx Kirill ermənilərin qondarma "soyqırım"larının olmadığını söyləyir.
Rusiya Pravoslav Kilsəsinin rəhbəri adi siyasətçi, din xadimi və ya məmur deyil, onun açıqlaması da rəsmi Moskvanın qeyri-rəsmi bəyanatları sırasında yer almır.
Ankara ilə münasibətlərini sərinləşdirsə də, Moskva anlayır ki, Cənubi Qafqazdakı təsir imkanları və ümumiyyətlə, siyasi varlığı Türkiyə ilə Azərbaycanın mövqelərindən çox asılıdır. 
Məhz bu səbəbdən rəsmi Moskva patriarx vasitəsilə Ankara və Bakıya aşkar diplomatik mesaj ünvanlayıb.

Səbəb sadədir: münasibətlərin indiki səviyyədə gərgin qalması və ya daha da pisləşməsi nə Rusiyaya, nə də Türkiyəyə sərf edir. Bu ölkələrin ikisi də ağır geosiyasi çağırışlarla qarşılaşdığından problemləri birlikdə həll etməyə meyllidirlər. Üstəlik, rəsmi Ankara gözəl bilir ki, Moskvadakı antitürk isteriyasına rəğmən Rusiyanın hakimiyyət dairələri bir müddət sonra əlaqələri normallaşdırmaq üçün ilk addımı atacaqlar.
Bəhs etdiyimiz məqamları nəzərə alsaq, patriarx Kirillin açıqlaması təsadüfi və ya qəribə sayıla bilməz. 
Moskva Ankara ilə danışıqlara hazır olduğunu göstərir.
Və ən nəhayət, unutmayaq ki, Erməni Apostol Kilsəsini rus keşişlər, xüsusilə də Rusiya Pravoslav Kilsəsi əsrlərdən bəri kilsə yox, təriqət hesab edir.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aktyor dənizdə bikinisi açılan sevgilisinə əsəbləşdi - FOTO

27 İyun 2017 09:47

Bakıda transformator yanıb

27 İyun 2017 09:43

Tanınmış müğənni qütb ayısını övladlığa götürdü - FOTO

27 İyun 2017 09:42

Bayram bazarında narkotik satan şəxs saxlanıldı

27 İyun 2017 09:42

"Qəbələ" klubu "Qlazqo Reyncers"in yarımmüdafiəçisini icarəyə götürür

27 İyun 2017 09:42

Düşmən atəşkəsi 158 dəfə pozub

27 İyun 2017 09:42

Atəşkəs 158 dəfə pozulub

27 İyun 2017 09:39

Cəbhədən YENİ XƏBƏR

27 İyun 2017 09:37

Cəbhədə atəşkəs yenə pozulub - Ermənilər ərazilərimizi mərmi atəşinə tutdular

27 İyun 2017 09:36

Milyarder qabırğalarını qırdı, vertolyotla xəstəxanaya apardılar - FOTO

27 İyun 2017 09:32

Rusiyanın bir hissəsində fövqəladə vəziyyət elan olundu

27 İyun 2017 09:28

Arda Turan sevgilisi ilə öpüşərkən kameralara düşdü - FOTO

27 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 158 dəfə pozub

27 İyun 2017 09:27

Tarixdə bu gün

27 İyun 2017 09:25

Bakı-Banqkok reysi açılır - Azərbaycana nələr verəcək?

27 İyun 2017 09:22

Min bir dərdin dərmanı

27 İyun 2017 09:22

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 09:13

Azərbaycanlı gəncin ideyasını

27 İyun 2017 09:10

Koroğlu metrostansiyası yaxınlığındakı parkda bıçaqlanma olub

27 İyun 2017 09:07

Rusiyanın Zabaykalye vilayətində meşələr yanır

27 İyun 2017 09:05

Əhli-beyti sevdiyi üçün şəhid edilənlər

27 İyun 2017 09:05

Yaponiya, ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklər

27 İyun 2017 08:58

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 08:57

Müsəbbihat surələri hansılardır?

27 İyun 2017 08:57

“Senatın Rusiya və İrana qarşı qərarı ABŞ-ın öhdəliklərinə ziddir” - Əli Laricani

27 İyun 2017 08:52

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

27 İyun 2017 08:52

Microsoft tarixində ən böyük məlumat sızıntısı baş verdi

27 İyun 2017 08:52

Salyanda "Vaz" və "Shacman" toqquşub: yaralı var

27 İyun 2017 08:50

Allahı necə zikr etmək lazımdır?

27 İyun 2017 08:47

60 saniyəyə 47 acı bibər yedi - TARİXƏ DÜŞDÜ - VİDEO

27 İyun 2017 08:43

iPhone 8-in canlı-qanlı ilk görüntüsü sızdırıldı - FOTO

27 İyun 2017 08:42

Bakıda 6 otaqlı ev yandı

27 İyun 2017 08:37

Zərih nədir?

27 İyun 2017 08:37

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 08:32

Türbət nədir?

27 İyun 2017 08:32

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 08:32

Tramp kibertəhlüksizliklə bağlı komissiya yaratdı

27 İyun 2017 08:32

Salyanda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər yaralanıb

27 İyun 2017 08:27

Qəzzadan İsraiə raket atılıb

27 İyun 2017 08:22

İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurub

27 İyun 2017 08:22

Əməkdaşlar Kalanikin qayıtmasını istədi - "UBER"də ÜSYAN

27 İyun 2017 08:22

Yəmənin mərkəzi bombalandı - 9 ölü

27 İyun 2017 08:18

Nigeriyada silsilə teraktlar: 9 nəfər ölüb

27 İyun 2017 08:17

Cənazəni tabutun içində dəfn etmək olarmı?

27 İyun 2017 08:17

“Google” Rusiyada açıldı

27 İyun 2017 08:12

Beyləqanda yanğın olub

27 İyun 2017 08:12

Körpənin saçlarını nə zaman qırxmaq olar?

27 İyun 2017 08:12

Braziliya prezidenti korrupsiyada suçlanır

27 İyun 2017 08:12

Rus hakerlər britaniyalı məmurların parollarını oğurladı

27 İyun 2017 08:12

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

27 İyun 2017 08:01