Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"CBC Sport Kuboku"nun püşkatması təxirə düşüb

​"CBC Sport Kuboku"nun püşkatması təxirə düşüb

Date: 11 January 2016 17:57

Bakı. 11 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasındakı qış fasiləsində təlim-məşq toplanışı ölkə daxilində keçirən klubların bir araya gələcəyi "CBC Sport Kuboku" turnirinin püşkatması təxirə düşüb. "Report"un məlumatına görə, klub rəsmiləri bu gün bir araya gəlsə də, mərasim baş tutmayıb.
Tərəflərin razılığına əsasən, püşkatma mərasimi sabah günorta saatlarında keçiriləcək. Ancaq turnirin yanvarın 14-də start götürəcəyi dəqiqləşib.
Qeyd edək ki, "CBC Sport Kuboku" turnirində Premyer Liqa klublarından "Neftçi", "Xəzər Lənkəran", AZAL, "Rəvan", I diviziondan isə "Şərurspor", "Qaradağ Lökbatan, "Neftçala" və MOİK iştirak edəcək. Turnirin final görüşü Bakı Olimpiya Stadionunda olacaq.

Tags:  CBC Sport Kubokunun püşkatması təxirə düşüb


RƏYLƏR


Top news