Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nizami Kino Mərkəzindən xeyirxah addım

Nizami Kino Mərkəzindən xeyirxah addım

Date: 11 January 2016 18:03


Bakı, 11 yanvar, AZƏRTAC
“Ümid yeri” uşaq sığınacağının sakinləri Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Ov mövsümü” animasiya filmini ödənişsiz izləyiblər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, uşaqlar sonra kinomərkəzin restoranında nahara dəvət olunub. Nahardan əvvəl onlara məşhur animator “Mister White” (Oleq) köpük şousu göstərib.
Sığınacağın rəhbəri Nigar Mənsimli balaca qonaqlar adından bu xeyirxah addıma görə təşəkkürünü bildirib. O, sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolunu qeyd edib.



Tags:  Nizami Kino Mərkəzindən xeyirxah addım


RƏYLƏR


Top news