Oksana: "Övlad istəyirəm"

Oksana: "Övlad istəyirəm"
18:13 11 Yanvar 2016
121 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Oksana Rəsulovanın toy xəbəri yayılıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi dördüncü dəfə ailə qurması xəbərinə "ATV maqazin onlarla" verilişində cavab verib:

"Bu şayiələr haradan çıxır? Nə ərə getmək? Mən heç ər hayındayam? Biri deyir, Hindistanda ərə getmişəm. Digəri deyir, Bakıda toyum olacaq. Mənim başım layihələrimə qarışıb. Narahat olmasınlar, toyum olanda özüm xəbər verəcəm. Mən ərə getməkdən, bu haqda düşünməkdən belə qorxuram.

Anamın "Sən tək qalacaqsan" sözlərini fikirləşmək belə istəmirəm. Bir az zəif insan olsaydım, dərin depressiyaya düşərdim. Məni oradan çıxarmaq çətin olardı. Anam mənə görə narahatdır. Sabah hər şey ola bilər... Çünki övlad istəyirəm. Kəbin mütləq olmalıdır. Elə atalar var ki, onların olmaması elə yaxşıdır".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR