Bu ilin ən zəif iqtisadiyyatları açıqlanıb

Bu ilin ən zəif iqtisadiyyatları açıqlanıb
18:07 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ "Bloomberg" agentliyi iqtisadçıların rəyləri əsasında 93 ölkənin 2016-cı il üçün iqtisadi effektivlik potensialı ilə bağlı renkinq hazırlayıb.
"Report" Agentliyə istinadən xəbər verir ki, Azərbaycan ümumi siyahıda 54-cü sıradadır və bu il iqtisadi artım 2,4% səviyyəsində proqnozlaşdırılır. Bu göstərici Azərbaycanla yanaşı, Macarıstan və Lüksemburqda proqnozlaşdırılır.
Siyahıda ilk onluq isə belədir: Hindistan (7,4%), Vyetnam (6,6%), Banqladeş (6,6%), Çin (6,5%), Şri-lanka (6,4%), Keniya (6,1%), Panama (6,1%), Filippin (6%), Uqanda (5,6%), Dominik Respublikası (5,4%).
İqtisadçıların proqnozuna görə, beş ölkədə ÜDM-in dinamikası mənfi olacaq. Bu, Rusiya (-0,5%), Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesueladır (-3,3%).


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bu-ilin-en-zeif-iqtisadiyyatlari-aciqlanib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR