İran yeni növ ağır neft satmağı planlaşdırır

İran yeni növ ağır neft satmağı planlaşdırır
18:07 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ İran Qərbi Karuna yataqlarında hasilatın artması ilə əlaqədar 2016-cı il yazın əvvəllərindən yeni növ ağır neft satmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə İran Milli Neft Şirkəti (NIOC) nümayəndəsinə istinadən "Bloomberg" məlumat yayıb.
Qeyd olunur ki, yeni növ neft Yadavaran (Xuzistan əyaləti), Şimali və Cənubi Azadeqan və başqa yataqlardakı neftlərin qarışığı şəklindədir. Onun sıxlığı "Soroosh" və "Nowrooz" markalarından az, amma "Iran Heavy" qarışığından çox olacaq.
Məlumatda bildirilir ki, yeni neft sortu üçün hələ ad düşünülməyib. Bu neftin əsas satış bazarı Asiya ölkələri olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ran-yeni-nov-agir-neft-satmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR