Zaqatala sərhədində əməliyyat

Zaqatala sərhədində əməliyyat
18:17 11 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda vəhhabi olduğu bildirilən şəxsləri gizli yolla ölkədən çıxaran şəxs tutulub. 

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisindən keçən hissəsində vəhhabi olduğu bildirilən bir neçə şəxsin sərhədi qanunsuz keçməsi barədə polisə məlumat daxil olub. Məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onları sərhəddən keçirən şəxsin Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elman Mirzəbəy oğlu Mirzəbəyov  olması müəyyən edilib və o, saxlanılıb. Saxlanılarkən ondan bir ədəd "AK-74" markalı avtomat, bir ədəd avtomat darağı və 13 ədəd avtomat silahının gülləsi aşkarlanaraq götürülüb. Elman Mirzəbəyov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verib.
 
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR