Yunanıstan sahilləri yaxınlığında sərnişin gəmisi silahlı şəxslər tərəfindən ələ keçirilib

17:17 30 Dekabr 2014
64 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 17:12 ]

Bakı. Zümrüd Paşayeva – APA. Yunanıstanda sərnişin gəmisindən SOS siqnalı verilib.

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, Krit adasına gedən və göyərtəsində yüzlərlə sərnişin olan “Blue Sky” gəminin silahlı şəxslər tərəfindən ələ keçirildiyi bildirilir. Silahlıların qeyri-qanuni miqrant olduğu güman edilir.

 

Yunanıstan bölgəyə iki helikopter və bir freqat göndərib.

 

Qeyd edək ki, Moldova bayrağı altında üzən gəmi hazırda Korfu adası sahilləri yaxınlığındadır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR