Bakı Gəmiqayırma Zavodu "Xankəndi" sualtı tikinti gəmisi inşa edir

Bakı Gəmiqayırma Zavodu "Xankəndi" sualtı tikinti gəmisi inşa edir
18:33 11 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda ötən il 2 üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda zavodda bp şirkətinin sifarişi ilə dəyəri 378 milyon dollar olan "Xankəndi" sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Gemiqayirma_Zavodu__quotXankendi_quot_sualti_tikinti_gemisi_insa_edir-917545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR