İranın bəzi bölgələrindən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

İranın bəzi bölgələrindən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub
18:38 11 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
İranın bəzi bölgələrindən heyvan və heyvandarlıq məhsullarının ölkəmizə idxalına məhdudiyyət qoyulub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov bununla bağlı AZƏRTAC-a bildirib ki, İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov yanvarın 11-də əmr imzalayıb.
Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.7-ci maddəsini və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verməsi bildirilir.
Bununla əlaqədar əmrdə həmin bölgədən və risk zonasına yaxın olan Arak, Kaşan və Tehran bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyətin qoyulduğu bildirilir. Digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.
İran İslam Respublikasında yayılmış dabaq xəstəliyi ilə əlaqədar ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, dabaq xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iranin_bezi_bolgelerinden_heyvandarliq_mehsullarinin_idxalina_mehdudiyyet_qoyulub-917546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR