Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Mücahidlərin başını xaçlılara Yeni il hədiyyəsi etdi"

"Mücahidlərin başını xaçlılara Yeni il hədiyyəsi etdi"

Date: 11 January 2016 18:42

Səudiyyə Ərəbistanında yanvarın 2-də aralarında "Əl-Qaidə" terrorçularının da olduğu 47 nəfərin edam olunmasının ardından, bu terror qruplaşması Riyad rəhbərliyinə qarşı təhdid mesajları yayımlanıb.

Milli.Az Musavat.com-a istinadən bildirir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Məlumata görə, bu terror qruplaşmasının Yəmən və Şimali Afrika qolu tərəfindən yayınlanan mesajda "Səudiyyə Ərəbistanı edamların bədəlini ödəyəcək" sözləri qeyd olunub.

"Əl-Qaidə" iddia edir ki, rəsmi Riyad edamları Qərb müttəfiqlərinə hədiyyə olaraq, həyata keçirib: "Riyad rəhbərliyi mücahidlərin başını xaçlılara Yeni il hədiyyəsi olaraq təqdim etdi".

Milli.Az


Tags:  Mücahidlərin başını xaçlılara Yeni il hədiyyəsi etdi


RƏYLƏR


Top news