"Azərbaycan iqtisadiyyatı 2,4% böyüyəcək" - "Bloomberg"

"Azərbaycan iqtisadiyyatı 2,4% böyüyəcək" - "Bloomberg"
18:49 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

 

"Bloomberg" agentliyi 2016-cı il üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı ilə bağlı proqnozunu açıqlayıb.

 

"APA-Economics"in xəbərinə görə, Azərbaycanda bu göstərici cari ildə 2,4% təşkil edəcək.

 

Türkiyə və Gürcüstanda ÜDM-in 3% artacağı gözlənilir.

 

Qazaxıstanda bu göstərici 2% təşkil etdiyi halda, Rusiyada 0,5% geriləmə müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Rusiya Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) ilə birlikdə siyahının “dibində” qərarlaşıb.

 

Siyahının lideri Hindistandır - ekspertlər bu ölkədə ÜDM-in 7,4% artacağını proqnozlaşdırır.

 

Maraqlıdır ki, iqtisadi çətinliklərə başı qarışan Çində 6,5%-lik artımın olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR