Avtomobillər toqquşdu, yaralı var

Avtomobillər toqquşdu, yaralı var
18:56 11 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxasından ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Nizami prospekti ilə Eminbəyli küçələrinin kəsişməsində - 41 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.

“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində avtomobildə olan sərnişin 1970-ci il təvəllüdlü Rüstəm Mahir oğlu Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və travmatologiya şöbəsinə yerləşdilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş polis idarəsində araşdırma aparılır.

Gəncədə 4 gün əvvəl də yol qəzası baş verib. Şəhərin Zülfü Hacıyev küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən yolun kənarında dayanmış “Mercedes” markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən “Mercedes” yaxınlığında dayandığı yaşayış evinin hasarına dəyib. Qəza nəticəsində mikroavtobusda olan şərnişinlərdən bir neçəsi xəsarət alıb. Onlar xəstəxanaya aparılıb və ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Lakin müxtəlif dərəcəli bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Əliyeva xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR