Sığınacaqda yaşayan uşaqlar üçün animasiya filmi nümayiş etdirilib

Sığınacaqda yaşayan uşaqlar üçün animasiya filmi nümayiş etdirilib
18:57 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Nizami Kino Mərkəzində “Ümid Yeri” uşaq sığınacağı sakinləri üçün ABŞ istehsalı olan “Ov mövsümü” animasiya filmini nümayiş etdirilib.
"Report" xəbər verir ki, nümayişdən sonra uşaqlar Nizami Kino Mərkəzinin restoranında nahar edib və onlara məşhur animator “Mister White” (Oleq) köpük şousu göstərilib. 
Tədbirdən sonra balaca qonaqlar adından sığınacağın rəhbəri Nigar Mənsimli uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürünü bildirib. O, sığınacağda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatı yaşamış uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolu olduğunu bildirib.






Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/siginacaqda-yasayan-usaqlar-ucun-animasiya-filmi-numayis-etdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR