Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Daniel Kristian Çiobanu: Azərbaycan-Rumıniya iqtisadi əməkdaşlığı sürətlə inkişaf edir

Daniel Kristian Çiobanu: Azərbaycan-Rumıniya iqtisadi əməkdaşlığı sürətlə inkişaf edir

Date: 11 January 2016 18:58


Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan ilə Rumıniya arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 130 milyon dollar təşkil edib.
Bu fikirləri Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu jurnalistlərə müsahibəsində deyib.
Səfir bildirib ki, bu il də ölkələrimiz arasında əməkdaşlıq üçün uğurlu il olacaq. Çünki bizim ortaq maraqlarımız var. Azərbaycan ilə Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu il də planlaşdırılır. İqtisadiyyatla yanaşı, mədəniyyət sahəsində də əməkdaşlıq bizim üçün çox önəmlidir.

Tags:  Daniel Kristian Çiobanu Azərbaycan-Rumıniya iqtisadi əməkdaşlığı sürətlə inkişaf edir


RƏYLƏR


Top news