Gömrük Komitəsi yayılan xəbərləri təkzib etdi

Gömrük Komitəsi yayılan xəbərləri təkzib etdi
18:59 11 Yanvar 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində “Gömrük Komitəsi qiyməti qaldırıb-Bu barədə Dərnəgül bazarında taxta işi ilə məşğul olan sahibkarlar məlumat verib” başlıqlı yayılan xəbərlərə münasibət bildirib.

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb, konkret ünvan və ad göstərilmədən guya sahibkarlara istinadən Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum alınması barədə informasiyalar yer alıb.

 

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş,“Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR