Azərbaycanda bəzi sürüşmə sahələri aktivləşib

Azərbaycanda bəzi sürüşmə sahələri aktivləşib
19:03 11 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda yanvarın ilk günlərində qarın yağmasından sonra bəzi bölgələrdəki sürüşmə sahələrində aktivləşmə müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, Gədəbəy rayonunda köhnə sürüşmə sahələri aktivləşib. Rayonun Pirdağ ətəyi adlanan ərazisindəki və rayonun Arıqıran kəndindəki bir neçə evdə kiçik çatlar əmələ gəlib: “Bunlar qədim sürüşmə sahələridir. Burada bir neçə il əvvəl müəyyən işlər aparmışıq, indi bu ərazidə də müəyyən qədər aktivləşmə müşahidə edilir”.

Ə.Piriyev qeyd edib ki, həmin evlərdə çatların əmələ gəlməsində atmosfer yağıntıları ilə yanaşı, texnogen amillər də rol oynayıb.

Baş geoloqun sözlərinə görə, son günlər Bakı-Şamaxı yolunun 106, 111-ci km-lərində, Bakı-Ağsu yolunun 132, 135-ci km-lərində (Ağsu aşırımı), İsmayıllı rayonunun Xankəndi kəndində, Lənkəran rayonunda, Bakının Zığ qəsəbəsindəki sürüşmə sahələrində müəyyən qədər aktivləşmə müşahidə edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2478900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR