Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah Cavid Hüseynov barəsində cinayət işi məhkəməyə göndəriləcək

Sabah Cavid Hüseynov barəsində cinayət işi məhkəməyə göndəriləcək

Date: 11 January 2016 19:04

Sabah jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilmiş futbolçu Cavid Hüseynov barəsində cinayət işi mahiyyəti üzrə baxılması üçün Səbael rayon Məhkəməsinə göndəriləcək.

Lent.az-ın məlumatına görə, bu barədə futbolçunun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, o, bu gün Bakı şəhər prokurorunun qəbulunda olub. Qəbulda Cavid Hüseynovun günahsız olduğunu və onun barəsində olan cinayət işinin ədalətsiz olduğunu vurğulayıb.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.  Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir.

 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb. 


Tags:  Sabah Cavid Hüseynov barəsində cinayət işi məhkəməyə göndəriləcək

RƏYLƏR


Top news