​Suriyada mühasirədə olan şəhərə ilk humnanitar yardım göndərilib

​Suriyada mühasirədə olan şəhərə ilk humnanitar yardım göndərilib
19:07 11 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd rejimi və Livan "Hizbullah"ı tərəfindən mühasirəyə alınan Madaya şəhərində aclıqdan əziyyət çəkən sakinlərə ilk humanitar yardım göndərilib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, mühasirədə olan şəhərin sakinləri 2015-ci ilin oktyabrından ilk dəfədir ərzaq yardımı alıblar. Maday 6 aydır Əsəd və Livan "Hizbullah"ı tərəfindən mühasirədə saxlanılır.
Xəbərdə bildirlib ki, əhalisinin sayı 43 min nəfər olan Madaya yardımı beynəlxalq humanitar təşkilatlar aparıb.
"Medecins Sans Frontieres" beynəlxalq humanitar təşkilatın məlumatına görə, yanvarın 10-da bu şəhərdə bir oğlan uşağı və 4 kişi aclıqdan ölüb, 200 nəfərdən çox sakinin səhhəti ağırdır. Onlarla insanın tibbi yardıma ehtiyacı var.
Sosial şəbəkələrdə aclıqdan əziyət çəkən sakinlərin fotoları yayılıb.
Xəbərlərdə bildirilib ki, aclıqdan əziyət çəkən insanlar ev heyvanları və ot-ələf yeyirlər.
Qeyd edək ki, Avropa İttifaqı Suriyanın Maday və Kefray şəhərlərinə humanitar yardim göndərib. Bu yardım yaxın 3 gündə həmin şəhərə çatdırılacaq.


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/suriyada-muhasirede-olan-sehere-ilk-humnanitar-yardim-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR