Xatirə İslam: "Özüm bilərəm, o mənim şəxsi profilimdir, istəsəm..."

Xatirə İslam: "Özüm bilərəm, o mənim şəxsi profilimdir, istəsəm..."
20:35 11 Yanvar 2016
617 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Xatirə İslamın sosial şəbəkədə Azərbaycandakı böhrana münasibət bildirməsi böyük qalmaqal yaradıb.

İfaçı ANS PRESS-ə danışaraq, özünə bəraət qazandırıb. Müğənninin sözlərinə görə, məlum sözləri 25 gün əvvəl paylaşdığı şəklin altında onu təhqir edən şərhçilərə aid edib:

“Mən 25 gün bundan əvvəl prezidentin şəklini paylaşmışdım. İnstagramdakı izləyicilər isə orada ağzına gələn söyüşlər yazıb. O söyüşlər ora yazılandan sonra mən onlara şərh yazaraq cavab verdim. Görəndə ki, şəklin altında çoxlu söyüşlər yazılıb, mən də şəkli sildim. Əgər mən xalqı təhqir etmişəmsə, onda niyə 25 gün əvvəl bu söhbəti qaldırmadılar? O vaxtı xətirlərinə dəyməyib, indi dəyib?! O şərhi mənə qarşı söyüş söyənlərə yazmışam. Amma bəziləri götürüb ümumi xəbər kimi verib ki, guya mən xalqı təhqir etmişəm. Mən o dərəcədə tərbiyəsiz adam deyiləm. Ağzımın danışığını bilən adamam. Dəli və yaxud cinli deyiləm ki, xalqı təhqir edim. Mən azərbaycanlıyam, Qarabağlıyam. Bu günə kimi abır-həyamı gözləmişəm, pis olmamışam, tərbiyəm öz yerində. Çalışdığım qədər böyük-kiçik yerini bilmişəm. Məni niyə təhqir etməlidirlər?!"

Müğənni özünə aid sosial şəbəkə profillərinə fikir bildirənləri də qınayıb: “Özüm bilərəm, o mənim şəxsi profilimdir, istəsəm sevgilimin, dostumun şəklini paylaşaram. Kimə nə dəxli var?! Heç kimin ixtiyarı yoxdur mənim profilimdə ağzına gələni yazsın. Mən də əsəbləşdim, o yazanlara elə cavab yazdım”.

Ötən həftə Xatirə İslamın şərhi sürətlə sosial şəbəkədə yayılıb. İddia olunurdu ki, ifaçı Azərbaycandakı böhrana görə münasibət bildirib:


Xatirə İslamın qalmaqallı şərhi

“Bəzi səviyyəsizlər sözlərinizə fikir verin. Sizi tapıb birtəhər edərəm. Ay savadsızlar, sizin ağlınız yoxdur, ona prezident nə etsin? Dollar qalxan kimi doluşdunuz marketlərə. Sizin bu hərəkətinizi görüb qiymətləri qaldırdılar. Hər şeyi özünüz etdiniz. Qaraçılar, burada prezidentin nə günahı var? Ağzınıza gələni yazmayın, qara siyahıya atacam”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR