Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcü nazir "Qazprom"la nəyi razılaşdırıb?

Gürcü nazir "Qazprom"la nəyi razılaşdırıb?

Date: 11 January 2016 19:12

Ekspertlər Gürcüstan tərəfinin Rusiyanın "Qazprom" şirkəti ilə danışıqları barədə yanlış məlumat yayırlar.

Milli.Az bildirir ki, Trend-in "Qruziya-onlayn"a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze ölkədə ilk texnoparkın açılış mərasimi başa çatdıqdan sonra deyib.

O bildirib: "Onlarla bir neçə ildir münasibətlərimiz var. Hər il sazişlərə yenidən baxılır, lakin indiki halda tələb sazişin şərtlərinin dəyişdirilməsindən, o cümlədən pul ödənişinə keçiddən ibarətdir, yəni tranzit həcminin 10 faizi əvəzinə onlar bizə pul ödəsinlər. Bu danışıqlara çoxdan başlanılıb, artıq bir neçə görüş keçirilib, lakin saziş əldə edilməyib".

Milli.Az


Tags:  Gürcü nazir Qazpromla nəyi razılaşdırıb


RƏYLƏR


Top news