Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Göyçay sakini qohumunu bıçaqlayıb

Göyçay sakini qohumunu bıçaqlayıb

Azərbaycanda qadın qohumunu bıçaqladı (13 Mart 2017 08:12)
Kəsdiyi ağacın altında qalıb öldü - GÖYÇAYDA (27 Fevral 2017 10:59)
Bərdə sakini qonşusunu bıçaqlayıb (23 Fevral 2017 12:42)

Tarix: 11 Yanvar 2016 19:14

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Həsənov Həsənağa Rəhim oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu və bibisinin qaynı oğlu, 1988-ci il təvəllüdlü Beydullayev Nurlan Şövkət oğlunu bıçaqlayıb.

 

Döş qəfəsi, boyun və qarın boşluğundan bir neçə bıçaq xəsarəti alan Həsənağa Həsənov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Nurlan Beydullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  Göyçay sakini qohumunu bıçaqlayıb



RƏYLƏR


Top xəbərlər