Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DGK: Rusiyadan gətirilən meşə materiallarına görə əlavə rüsum alınmır

DGK: Rusiyadan gətirilən meşə materiallarına görə əlavə rüsum alınmır

Date: 11 January 2016 19:42

Dövlət Gömrük Komitəsi (DGK) Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum almır.

Milli.Az bildirir ki, Komitədən Trend-ə verilən məlumatda qeyd olunur ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, "Gömrük tarifi haqqında" qanuna uyğun olaraq vergi və rüsumlara cəlb edilir.

Bildirilir ki, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Milli.Az


Tags:  DGK Rusiyadan gətirilən meşə materiallarına əlavə rüsum alınmır


RƏYLƏR


Top news