Ötən il gimnastlarımız 157 medal qazanıblar

Ötən il gimnastlarımız 157 medal qazanıblar
20:13 11 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci ildə gimnastlarımız 157 medal əldə ediblər.

Trend Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumat verir ki, keçən il olduğu kimi, bu il də vətənimizə ən çox medalı bədii gimnastika təmsilçiləri gətiriblər. Onlar 81 medal qazanıblar. Daha sonra medal sayına görə kişi idman gimnastikası üzrə yığma komandamız 32 medalla, onların ardınca hesabında 15 medal olan akrobatlarımız, 11 medalla qadın idman gimnastikası üzrə komandamız və nəhayət, hər biri 9 medal olmaqla batut və aerobika gimnastikası təmsilçiləri gəlir.

İl ərzində hamıdan çox medalı Marina Durunda qazanıb (22). Hesabında cəmi 1 medal az olan Marinanın komanda yoldaşı Jalə Piriyeva 21 medalla və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci olan Oleq Stepko da eyni medal sayı ilə ili başa vurublar.

Şübhəsiz ki, idmançılarımız üçün ilin əsas yarışlarından biri Avropa Oyunları olub. O.Stepko biri qızıl (parallel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısı kimi yadda qalıb. Daha bir medalı isə o, komanda hesabında yoldaşları Eldar Səfərov və Petro Paxnyukla qazanıb. Batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin bürünc, bədii gimnastika üzrə yarışların lentlə finalında isə M.Durunda gümüş medal əldə etdi. Ümumiyyətlə, lent ötən il Marina üçün uğurlu olub. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun “Fantaziya” kompozisiyasının sədaları altında lentlə Marina, həmçinin Avropa çempionatının bürünc medalını qazanıb.

Bu il akrobatlarımız ilk dəfə olaraq Avropa Yaş Qrupları Yarışlarında medallar qazanıblar. Gümüş medalı kişi cütlüyünün tərkibində Seymur Cəfərov və Murad Əkpərov, bürünc medalı isə qarışıq cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı - əldə ediblər.

Bəlkə də ilin ən əhəmiyyətli medalını idman gimnastikası üzrə dünya çempionatında O.Stepko qazanıb. Müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq, o, parallel qollarda bürünc medal əldə edib.

2015-ci il, həmçinin gimnastlarımızın Dünya Gimnastradasında debütü ilə yadda qalıb. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişaf etdirilməsi ilə bağlı planı yerinə yetirib. Artıq ölkəmizdə Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 gimnastika növü inkişaf etməkdədir.

Bədii gimnastika üzrə Avropa çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadəyə ölkə Prezidenti cənab İlham Əliyev şəxsən mənzil təqdim edib. İlin yekunlarına əsasən Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gimnastika Federasiyası ən yaxşı federasiya, Milli Gimnastika Arenası isə ilin ən yaxşı arena adına layiq görülüb.

Federasiyanın 24 dekabr tarixində keçirilmiş 6-cı Ümumi Yığıncağında Mehriban xanım Əliyeva yenidən prezindent seçilib. Səsvermənin nəticələrinə əsasən Altay Həsənov öz fəaliyyətini federasiyanın vitse-prezidenti, Rauf Əliyev və Rafiq Beybutov isə İcra komitəsinin üzvləri olaraq davam etdirəcəklər. İcra Komitəsinin yeni üzvü isə Mariana Vasileva seçilib.

İlə isə elə həmin Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların idmançı və məşqçilərinin ifasında “Yeni il yuxusu” adlı möhtəşəm şou yekun vurub.

2016-cı il isə heç də asan olmağa söz vermir. Qarşıda idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa və dünya çempionatları və ən əsası, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları gözləyir. M.Durunda və O.Stepko artıq bu Oyunlara lisenziyanın sahibidirlər. Əlavə lisenziyaları əldə etmək şansı isə bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandamıza və hər birində 1 idmançı olmaqla, kişi və qadın idman gimnastikası təmsilçilərimizə məxsusdur.

Bu il Bakıda 3 Dünya Kuboku mərhələləri keçiriləcək – idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda və nəhayət, iyul ayında bədii gimnastika üzrə yarışlar baş tutacaq.

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

29 Mart 2017 17:32

Bakıda avtobusda 20 yaşlı qıza qarşı CİNAYƏT

29 Mart 2017 17:29

"Neftçi" - "Qarabağ" matçını kim idarə edəcək?

29 Mart 2017 17:27

"Barselona"da Arda Turan şoku

29 Mart 2017 17:27

Səfirlikdən iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertə MÜNASİBƏT

29 Mart 2017 17:24

Rusiyanın Avropa Məhkəməsindəki nümayəndəsi vəzifəsindən azad edildi

29 Mart 2017 17:22

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: "Utanıb, xəcalət çəksin"

29 Mart 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 Mart 2017 17:14

Fransanın nüfuzlu qəzeti Ermənistanı ifşa etdi

29 Mart 2017 17:13

Manatın sabaha MƏZƏNNƏSİ

29 Mart 2017 17:12

"Ciddi tədbirlər görüləcək" - Bakı Nəqliyyat Agentliyi

29 Mart 2017 17:12

Manatın sabaha olan məzənnəsi açıqlandı

29 Mart 2017 17:11

Şəkili polisin rəisi ilə söhbəti izlənmə rekordu qırır - Cinayətkarı belə yaxaladı - VİDEO

29 Mart 2017 17:08

Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı

29 Mart 2017 17:08

Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi - FOTO

29 Mart 2017 17:05

Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT

29 Mart 2017 17:05

DİQQƏT: bu müğənnilər virus daşıyıcılarıdır

29 Mart 2017 17:01

Bu axşam bəzi yollarda hərəkət məhdudlaşır

29 Mart 2017 16:58

Vahid taksi sistemi yaradıla bilər - TƏKLİF

29 Mart 2017 16:57

31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

29 Mart 2017 16:57

"Novruz festivalına bəzi günlərdə 50-60 min nəfər insan qatılıb"

29 Mart 2017 16:57

Livanın 82 yaşlı prezidenti yerə yapışdı - VİDEO

29 Mart 2017 16:53

Türkiyədəki qiyamın təşkilatçısı ABŞ konsulluğu ilə təmasda olub

29 Mart 2017 16:52

Bakı metrosunda bədbəxt hadisə

29 Mart 2017 16:51

Gec ana olmağın FAYDALARI

29 Mart 2017 16:48

Türkiyədə terror XƏBƏRDARLIĞI

29 Mart 2017 16:47

Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı

29 Mart 2017 16:47

Çoxmərtəbəli binada yanğın

29 Mart 2017 16:44

Nigar Camalın Londondakı evi - VİDEO

29 Mart 2017 16:42

Kişi və qızlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

29 Mart 2017 16:38

Bu gündən Bakıda "Oyunlar zolağı"nın çəkilişinə başlanılır - Yollar bağlanacaq

29 Mart 2017 16:37

Bakı Ali Neft Məktəbində “Elektron hökumət” mövzusunda seminar keçirilib

29 Mart 2017 16:35

Bu axşam “Oyunlar zolağı”nın çəkilişinə başlanılır - Sürücülər, diqqət!

29 Mart 2017 16:34

General yol polisinin rəisi vəzifəsindən AZAD EDİLDİ - FƏRMAN

29 Mart 2017 16:33

Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı - Sən demə, arvadının oynaşı... DƏHŞƏTLİ FAKT

29 Mart 2017 16:33

Azərbaycanlı oliqarxlara görə keçmiş deputatın evində axtarış - Məşuqəsi tapıldı - FOTO

29 Mart 2017 16:32

Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

29 Mart 2017 16:32

Azərbaycanda vahid taksi sistemi yaradılacaq

29 Mart 2017 16:29

Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxundu

29 Mart 2017 16:27

Ərəblər bahalı avtomobilləri bu günə salır, sonra da Azərbaycana göndərir – VİDEO

29 Mart 2017 16:23

Həkim məsləhəti: Toy gecəsi yaranan problemlər

29 Mart 2017 16:23

İnternat məktəbinin direktoru uşaqlara işgəncələr verirmiş - Azərbaycanda

29 Mart 2017 16:22

“Brexit” rəsmən başlandı

29 Mart 2017 16:18

"Aygün Kazımovaya 4500 manat borcum var"

29 Mart 2017 16:17

Seçkilərdə iştirak qaydalarını pozanların cəzası SƏRTLƏŞDİRİLİR

29 Mart 2017 16:12

Türkiyənin iki atleti cəzalandırıldı - DOPİNQ QALMAQALI

29 Mart 2017 16:12

Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı

29 Mart 2017 16:11

Samiraldo moykada rəqs edib, maşınını yudu - VİDEO

29 Mart 2017 16:08

Akif Çovdarovun məhkəməsində "Şərurlu İsfəndiyar" ifadə verdi

29 Mart 2017 16:05

"Barselona" Messinin müdafiəsinə qalxdı

29 Mart 2017 16:05