Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyadan Azərbaycana info-tur təşkil olunub

Rusiyadan Azərbaycana info-tur təşkil olunub

Date: 11 January 2016 20:28

Bakı. Trend:

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin və “Silk Way Travel” turizm şirkətinin təşkilatçılığı ilə 11-15 yanvar tarixlərində Rusiyanın 10 turizm şirkəti üçün info-tur təşkil olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, info-tur çərçivəsində Bakı şəhərində tarix və mədəniyyət abidələri, turizm obyektləri ilə tanışlıq, eləcə də Qusar rayon “Şahdağ” Turizm Mərkəzinə səfər nəzərdə tutulub. Qonaqlar Mərkəzin fəaliyyəti və göstərilən xidmətlərlə yaxından tanış olacaqlar.

Nazirliyin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən təşkil olunan bu səfər Azərbaycanın ilk dağ-xizək mərkəzinin region üzrə seçilməsi, hətta öz geniş miqyasına, valehedici mənzərəsinə, ən müasir infrastrukturuna və yüksək dərəcəli xidmət səviyyəsinə görə dünyanın aparıcı dağ-xizək kompleksləri ilə rəqabət apara bilmə faktını bir daha vurğulayacaq.

“Tour A Vent” şirkətinin təşkil etdiyi info-tur zamanı Azərbaycan tərəfindən bir sıra beşulduzlu brend mehmanxanalar və şirkətlər dəstək göstərib.

Qeyd edək ki, turizm mərkəzinin tanıdılması istiqamətində görülmüş işlər çərçivəsində mütəmadi olaraq Rusiya, Ukrayna, Belarus, Türkiyə və Qazaxıstandan olan turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur, info-turlar təşkil edilir, müqavilələr imzalanır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Rusiyadan Azərbaycana info-tur təşkil olunub

RƏYLƏR


Top news