Məşhur futbolçu Fransanı təhqir etdi (VİDEO, FOTO)

Məşhur futbolçu Fransanı təhqir etdi (VİDEO, FOTO)
20:41 11 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın PSJ klubunun qalmaqallı futbolçusu Zlatan İbrahimoviç daha bir müsahibəsi ilə hamını təəcübləndirib.

ANS PRESS-in məlumatına görə, İsveç yığmasının hücumçusu Zlatan canlı yayım zamanı Fransa yığmasının azarkeşlərini qəzəbləndirib:

"Mənim oynadığım klubların uğur qazanmağının səbəbi komandada oynamağımdır. Mən məğlub olan zaman dəhşətli hislər keçirirəm. Mənim uçün oyunda məğlub olmaq anormallıqdır. Əminəm ki, Avropa çempionatında Fransadakı bir çox futbol azarkeşləri məni daha çox bəyənəcəklər, nəinki Fransa yığmasını".


Zlatan İbrahimoviçin qolları

Zlatan İbrahimoviç 1981-ci ildə İsveçdə anadan olub. İbra 2012-ci ildə "Milan"dan PSJ-yə transfer olunub. İsveç futbol tarixində ən çox qol vuran futbolçudur. O, yığma komandanın və PSJ klubunun kapitanıdır.


Fransa çempionatının turnir cədvəli

PSJ Fransa çempionatında rəqiblərindən 20 xal irəlidə olaraq turnir cədvəlində vahid liderdir. Komanda 20 oyundan sonra 54 xal toplayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR