​Beynəlxalq koalisiya Yəməndə xəstəxananı bombalayıb

​Beynəlxalq koalisiya Yəməndə xəstəxananı bombalayıb
20:47 11 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılığı ilə beynəlxalq koalisiyaya məxsus hərbi təyyarələr Yəmənin əl-Bayda əyalətində fəaliyyət göstərən xəstəxanaya bomba zərbələri endirib.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəbər mənbə tərəfindən yayılıb.
Hava zərbələri əs-Savadiyyə rayonunda yerləşən "Əş-Şahid Seyf əs-Savadi" xəstəxanasına endirilib. Nəticədə tibbi avadanlıq sıradan çıxıb, binaya ciddi ziyan dəyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/beynelxalq-koalisiya-yemende-xestexanani-bombalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR