Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2016-ci ildə Belarusun qastronomik turizm xəritəsi buraxılacaq

2016-ci ildə Belarusun qastronomik turizm xəritəsi buraxılacaq

Date: 11 January 2016 20:48


Minsk, 11 yanvar, AZƏRTAC
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, 2016-ci ildə Belarusun qastronomik turizm xəritəsi işıq üzü görəcək. Xəritədə əsl milli yeməklər təklif edən yerlər qeyd olunacaq.
“Otdıx v derevne” Belarus İctimai Birliyinin idarə heyətinin sədri Valeriya Klitsunova deyib: “2016-ci ilin əvvəlində “Гасцінія” brendi ilə ölkənin kulinariya xəritəsi buraxılacaq. Onun elektron versiyasının yerləşəcəyi müvafiq domenin adı artıq qeydiyyatdan keçib. Xəritəyə əlavə olaraq kulinariya məcmuəsi hazırlanıb və bura Belarus milli mətbəxinin təqribən 100 resepti daxil edilib”.
Xəritədə ölkənin bütün regionlarında əsl milli yeməklərin verildiyi yerlər, kulinariya abidələri və “dadlı” tədbirlərin tarixləri işarələnəcək. Bu məlumat qastronomik turistlər üçün xüsusi mobil əlavədə də vizuallaşdırılacaq. Məxsusi olaraq layihə üçün kulinariya xəritəsinin özəl üslubu işlənib hazırlanıb. Milli ornament kimi stilizə edilmiş çarpaz qaşıq-çəngəl onun emblemi olacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Tags:  2016-ci ildə Belarusun qastronomik turizm xəritəsi buraxılacaq


RƏYLƏR


Top news