Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı

Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
20:58 11 Yanvar 2016
596 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, Zərəngiz Mansurova, Türkan Abdullayeva, AZƏRTAC
Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilib.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuş, “Həyat güldü, insan oğlu arıdı”,-deyən şairin cənazəsinin üzərinə çox sevdiyi təzə-tər qızılgüllər düzülmüşdü.
Vida mərasimində Prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərhumun cənazəsi Təzə Pir məscidindən götürüldü, birinci Fəxri xiyabana, son mənzilə yola salındı.
Yaxından-uzaqdan gələn insanlar, ictimaiyyət nümayəndələri şairlə vidalaşmaq üçün ardı-arası kəsilmədən Fəxri xiyabana axışırdılar. Zəlimxan Yaqubun qələm dostları, poeziya sevərlər, tanınmış elm və mədəniyyət xadimləri Fəxri xiyabana gələrək görkəmli şairə və gözəl insana son borclarını verirdilər.
Mərasim iştirakçıları bu ağır itkinin doğurduğu kədəri AZƏRTAC-ın müxbirləri ilə bölüşüb, şairin şəxsiyyəti və yaradıcılığı ilə bağlı fikirlərini söyləyiblər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov şairin xatirəsinin ürəklərdə daim yaşayacağını bildirərək dedi: “Zəlimxan Yaqub Azərbaycan poeziyasının çox böyük simalarından biri idi. Sözsüz ki, onun əsərləri gələcək nəsillər üçün də örnək olacaq. Nə qədər ki, Azərbaycan ədəbiyyatı, aşıq poeziyası var, Zəlimxan Yaqub da yaşayacaq. O, iki çağırış Milli Məclisin deputatı olub. Deputat kimi də həqiqətən ibrətamiz fəaliyyət göstərib. Hərtərəfli insan olan Zəlimxan Yaqub həm söz, saz ustadı, həm də tanınmış ictimai xadim idi”.
Əməkdar İncəsənət Xadimi, ustad aşıq Ədalət Nəsibov ürək sözlərini belə ifadə etdi: “Bu gün Azərbaycan xalqı böyük şair və ictimai xadimlərindən biri ilə vidalaşır. Zəlimxan Yaqub yaradıcılığının son dövrlərində ölümlə bağlı şeirlər yazsa da, həyatsevər insan idi. Bütün ömrünü aşıq sənətinin təbliğinə həsr edib, Azərbaycan Aşıqlar Birliyinin sədri kimi gördüyü işlər hamının yadındadır. Biz bu gün xalqımızın böyük bir şairini, söz ustasını itirdik. Bu, çox böyük itkidir”.
Akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov müasir poeziyamızda Zəlimxan Yaqub sözünün xüsusi çəkisi olduğunu vurğuladı: “Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Amma millətin yaddaşında, ədəbiyyat aləmində həmişəlik qalmaq üçün yalnız böyük söz qabiliyyətinə malik olmaq azdır. Zəlimxan Yaqub çox mətin bir vətənpərvər idi. Vətənini, xalqını, tarixini sevirdi. Dövlətinə sadiq bir insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Şair ölümün yaxınlaşdığını duyur, ömrünün bu son parçasında böhranlı günlər yaşayır, xəstəliklə çarpışırdı. Xəstəliklə mübarizə edən, can ağrıları yaşayan bir insan bəlkə də yaradıcılıq haqqında az düşünərdi. Amma Zəlimxan Yaqub sözün, millətinin və ölkəsinin qarşısında tarixi məsuliyyətini hiss edirdi və son anadək əlindən qələm düşmədi. Vücudu xəstə olsa da, sözü, qələmi əvvəlki təravətini itirməmişdi. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Əbədiyyət dastanı”nda “Sənin yerin görünəcək” adlı bir bölmə var. Zəlimxan Yaqub özü də o insanlardandır ki, yeri həmişə görünəcək. Onun yeri ədəbiyyatın ucalıqlarında görünəcək, səsi həmişə eşidiləcək. Vətən, yurd, xalq sevgisindən yoğrulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq”.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərov Zəlimxan Yaqubun özünəməxsus qaynar təbli şair çılğınlığından, tükənməz enerjisindən, yaradıcılıq axtarışlarından, bənzərsiz poeziyasından danışaraq dedi: “Zəlimxan Yaqubun ölümünə heç kəsin inanmağı gəlmir. Çünki o, sağlığında əbədiyyət qazanmışdı və Azərbaycan poeziyasının ən parlaq ulduzlarından biri idi. Zəlimxan Yaqub həm gözəl poeziya nümunələri yaradır, həm də Azərbaycan poeziyasını bütün dünyada təbliğ edirdi. O, ürəyindən keçənləri özünəməxsus intonasiya ilə dünyaya çatdırdı. Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və türk dünyasının hər yerində sevilir. O, xalqını, dövlətini ürəkdən sevən bir sənətkar, ictimai fikir adamı olaraq çox mənalı və zəngin bir həyat yaşadı”.
“Mən zamanı zamanında yaşadım”- deyən şairin dəfn mərasiminə gələn İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi cənublu aşıq və şairlərin də bu itkini böyük həyəcanla qarşıladıqlarını bildirdi: “Zəlimxan Yaqubun ölümü türk dünyası, hamımız üçün böyük itkidir. Onun dünyasını dəyişdiyini eşidib dəfn mərasimində iştirak etmək üçün Bakıya gəldim. Zəlimxan Yaqubun Təbrizdə, Səlmasda, Ərdəbildə keçirdiyi görüşləri necə unuda bilərik? O, böyük şair, sinədəftər ozan, ürəyi söz məbədi olan yaradıcı insan idi”.
Xalq Artisti Canəli Əkbərov özünü heç cür ovuda bilmədiyini dilə gətırərək dedi: “Söz mədəniyyətimizin parlaq ulduzlarından birini, böyük ziyalımızı, söz sərrafını itirdik. Zəlimxan Yaqub xalqın dəyərli oğlu, xalqımızın sevimli şairi, qüdrətli qələm sahibi idi. Çox iti yaradıcı fəhmi vardı. Mən ikinci şair tanımıram ki, Zəlimxan Yaqub qədər hafizəli olsun. Onun çox zəngin söz dünyasından hər birimizə pay düşür”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Zəlimxan Yaqubun insanlara və insanların ona olan sevgisindən söz açdı: “Onun yaradıcılığı dağ çayları qədər iti, qaynar bulaqlar qədər təmiz və saf idi. O, eyni zamanda, görkəmli ictimai xadim, Milli Məclisin deputatı kimi müstəqil Azərbaycanın parlament fəaliyyətinə öz şəxsi töhfəsini vermişdi. Onun parlaq çıxışları cəmiyyətin saflaşmasına, müstəqilliyimizin qorunmasına yönəlmişdi. Zəlimxan Yaqub dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi poemada xalqımızın Ulu Öndərinin böyük xidmətlərini özünün yaradıcılıq məharəti, ürəyinin istisi ilə vəsf etmişdi. Amansız ölüm Zəlimxan Yaqubu aramızdan aparsa da, onun xatirəsi həmişə qəlblərdə yaşayacaq, şeirləri dillərdə gəzəcək”.
“Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova “Səni sevmək üçün gəldim dünyaya”- deyən, doğma ocağını, torpağını sevə-sevə vəsf edən mərhum şairi Borçalı mahalının ən şöhrətli oğlu kimi dəyərləndirdi, onun zəngin yaradıcılığından çoxsaylı misallar çəkdi.
Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu şairin aşıq sənətinə verdiyi töhfələrdən danışaraq bildirdi ki, Zəlimxan Yaqub doğulduğu məmləkətin, mənsub olduğu millətin müstəqilliyini, azadlığını, bəşəri sevgini tərənnüm edən şair idi. Buna görə də ustad sənətkar və söz adamı kimi daim xatırlanacaq.
Mərhumun ailəsi adından oğlu Bəhlul Yaqubov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlıq edərək dedi: “Dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün Zəlimxan Yaqubun övladı kimi ürəyim fəxarət hissi ilə döyünür. Zəlimxan Yaqub cismən bizdən ayrılıb, mənən həmişə bizimlə olacaq. İnanıram ki, qədirbilən, sözə, şeirə qiymət verməyi bacaran xalqımız onu həmişə qəlbində yaşadacaq”.
Şeirlərindən birində dogma torpağa müraciətlə yazırdı: “Gəlmişəm, qoynunda sığınacaq ver”. Bu gün canından çox sevdiyi ana torpaq Zəlimxan Yaqubu öz ağuşuna aldı. O, birinci Fəxri xiyabanda torpağa tapşırıldı.
Allah rəhmət eləsin!




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Alt paltarlarının satışa çıxarılması Madonnanı qəzəbləndirdi -

23 İyul 2017 04:56

Cici, Ənvər və Zeyn - FOTO

23 İyul 2017 04:32

BMT-də TƏCİLİ İCLAS

23 İyul 2017 04:18

Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb

23 İyul 2017 04:17

BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək

23 İyul 2017 04:14

Youtube video serveri İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 04:07

Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu

23 İyul 2017 03:48

Makronun reytinqi 10% aşağı düşüb

23 İyul 2017 03:47

Məşhur aktyorun yeni FOTOları

23 İyul 2017 03:32

Romada içməli su qurtarır

23 İyul 2017 03:19

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

23 İyul 2017 03:06

Təndirxana və taxta sexi yandı

23 İyul 2017 03:04

Alimlər əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıblar

23 İyul 2017 03:02

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12