Türkiyəli futbolçu öldü

Türkiyəli futbolçu öldü
21:21 11 Yanvar 2016
134 İdman
Ölkə mətbuatı
A- A+

Daha bir futbolçu ölümü qeydə alınıb. ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə bu dəfə Türkiyədə baş verib.

Kayseri bölgəsinin həvəskarlardan ibarət "Arqıncıkspor" klubunun U-19 komandasında oynayan Durhan Orhana səhər yeməyi baha başa gəlib. Belə ki, yediyi çörək futbolçunun nəfəs borusuna gedib.

Ailəsi tərəfindən dərhal xəstəxanaya çatdırılan 18 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.Durhan Orhan komandasının kapitanı idi.


Durhan Orhan

Keçən il Türkiyədə daha bir gənc futbolçu avtomobil qəzasında həlak olmuşdu. Hadisə İzmirin Buca qəsəbəsində baş verib. Sürücü sükana nəzarəti itirib və avtomobil aşıb.

Nəticədə "Bucaspor"un U-17 komandasının 17 yaşlı üzvü Ömer Teymur həlak olub, 3 dostu isə ağır yaralanıb.Ömer Teymur Türkiyənin perespektivli futbolçularından sayılırmış.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR