Hacı İbrahim Nehrəmli: "Mənim adıma 121 milyon dollar kredit götürüblər"

Hacı İbrahim Nehrəmli: "Mənim adıma 121 milyon dollar kredit götürüblər"
21:22 11 Yanvar 2016
431 Ölkə
Ölkə mətbuatı
A- A+

Könül Xasıyevanı xəstəlik bu hala saldı (26 May 2017 18:17)
Tanınmış aktyor səssiz-səmirsiz toy etdi - FOTOLAR (26 May 2017 12:18)
Tanınmış aktyor evləndi - FOTO (25 May 2017 14:57)

Hacı İbrahim Nehrəmlinin Milli.az-a müsahibəsi.

- "Xəzər adaları" meqalayihəsi ətrafında qalmaqallar səngimir. Nə adaların tikintisi başa çatır, nə də əfsanəvi layihə ilə bağlı söz-söhbət. Bunu nə ilə bağlayırsız?

- "Xəzər adaları" böyük layihədir. Onun tikintisinə milyardlar tələb olunur. Milyardlar deyəndə insanları bu rəqəm bir az qorxudur. Əslində proyektə ümumilikdə 100 milyard pul lazımdır. Bu, 2 milyon insanın yaşayacağı bir şəhərdir. Şəhər 78 adadan ibarətdir. Elə ada var ki, 500 milyonla başa çatır. 1 milyarda, 2 milyarda, 5 milyarda başa gələn adalarımız da var.

Biz bu gün 3 adada işləyirik. Onlardan birinci adada restoranlar və otellərdir. Onun 80 faiz işini görmüşük. İkinci adada isə biz doldurma işlərini 100 faiz bitirmişik. 3-cü adada isə həm doldurma, həm də iki yüz min kvadrat tikinti işlərini aparmışıq. Orada hələ bir milyon kvadratlıq tikinti işləri qalıb. Bu gün ora 500 milyon tələb olunur ki, o ada da tamamilə qurtarsın. Adaya artıq milyard yarım pul qoymuşuq. 500 milyon da qoyduqda bizim artıq orada 3 milyardlıq satışımız əmələ gəlir. Yəni milyard qazancla çıxa bilirik. Əldə etdiyimiz milyardı ikinci bir adaya qoya bilərik. 78 adadır.

Layihənin 1-ci etapının bitməsi üçün tələb olunan məbləğ 8 milyard dollardır. Tikilir, satılır, pul gəlir. Satılacaq və qayıdacaq investisiyanın da cəmi daha çoxluq təşkil edir. Pullar qayıtdıqca adalar tikiləcək. Yəni sat, tik. Türklər necə deyirlər: "Sat, yap!"

"Xəzər adaları" dənizdə olduğu üçün bizdə "sat, tik" prinsipi alınmadı. Mən necə deyəcəkdim ki, suda tikəcəyəm. Bizə kim inanardı? Dənizdə mən tikib sonra satmalıyam.

- Bir ara sizi saxlamışdılar...

- İnanmırdım ki, belə bir şey ola bilər. Olur da, insan bilmir ki, sabah başına nə iş gələcək. Burada əsas məqsəd məni tutmaq deyildi. Əsas məqsəd o idi ki, bu devalvasiyada bizim iştirakçı olub-olmadığımızı araşdırsınlar. Mən iştirakçı deyildim. Bir neçə gün saxlanıldım. Çıxandan sonra araşdırmağa başladım. Beynəlxalq bank bizə arayış vermədi. ASAN xidmətə müraciət etməli olduq və oradan aldım. ASAN xidmətdə aydın oldu ki, Beynəlxalq bank mənim adıma imzam olmadan 121 milyon dollar kredit götürüb. Müştərinin başına belə iş açmazlar. Bu müştərinin ölümünə bərabərdir. Bu bank bizim şirkətlərin adına özbaşına kredit götürüb bizi dünyada biabır edib.

- Bu hadisələr sizə necə təsir edirdi?

- Mənim həyatım elə qalmaqalla gəlib, qalmaqalla da gedir. Heç rahat yaşamamışam həyatda. Uşaqlıqdan mən çətin işlərdə olmuşam. Məktəbi bitirənə yaxın - 8-ci, 9-cu siniflərdə gedib fəhlə işləmişəm. 10-cu sinfi qurtarandan sonra Bakıda Rabitə Texnikumunu qırmızı diplomla bitirmişəm. Sonra gedib Rostov-Don Universitetinə daxil olmuşam. Sonra onu atmışam. Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsini bitirmişəm, hal-hazırda iqtisad elmləri üzrə fəlsəfə doktoruyam.

Əvvəllər Azərbaycan televiziyasında, Naxçıvan televiziyasında, sonra zavodda işləmişəm, sonra da kənddə briqadir olmuşam.

Yəni o qədər işlərdən keçmişəm ki, mənim rahat həyatım olmayıb. Tam rahatlığı "Xəzər adaları"nda tapmışdım, böyük bir işə başlamışdım. Onun da axırı belə oldu. Beş min adam işləyirdi. İxtisara saldıq, indi 200 nəfər işləyir. Bu gedişatla onları da ixtisara salacağıq. Banklar artıq bizimlə işləmir. Hara gedirik, qulaqlarına pıçıldayırlar ki, "bu adamlarla işləmə!", onların problemləri var. Belə bir misal var, "Adın çıxınca canın çıxsa, yaxşıdır".

Burada kimsə büdrəyirsə, əlində balta olanlar onu yıxmaq üçün hazır dururlar.

- "Xəzər adaları" layihəsinin ideyası necə yarandı?

- Bir dəfə oğlum mənə dedi ki, ata, sən bütün işləri yaxşı bacarırsan. Niyə sən şəhər tikmirsən? Sənin beynini açsalar, üç şəhərin proyekti çıxar, - deyərək oğlunun divardakı şəklini göstərir. - O gündən düşünməyə başladım. Oğlumun dediyindən sonra 75 gün keçmişdi. Şəhərin tikintisinin necə olacağını və harada tikiləcəyini təsəvvür etdim. Sonra dövlətimizə müraciət etdim və reallaşdırdım. Bu gözəl ideyadır, əslində. Gələcəkdə bu, turizm bazasıdır. Bu proyekt Azərbaycanın gələcəyidir. Azərbaycana çoxlu dividendlər verəcək. İnsanlar qürur hiss edəcəklər ki, belə şəhərləri var. Bu, doğrudan da, qeyri-adidir.

- Qeyri-adidir əslində. Ətrafdakılar bəs bu layihəni necə qəbul etdilər? Paxıllıq edənlər olubmu?

- Həmişə qısqanclıq da olacaq, istəməyənlər də olacaq. Qabağına şpal qoyanlar olacaq. Bu gün də çoxdur. Bildiklərini də edirlər. Proyektlərin reallığını qəbul etmək istəmirlər.

- Bu layihə xarici ölkələrin maraq dairəsindədirmi?

- Bu layihəyə xarici ölkələrin daha çox marağı var. İnvestorların, demək olar ki, hamısı xarici ölkələrdəndir. Yaponiyadan, Küveytdən, Birləşmiş Ərəb Əmirliklərindən, Səudiyyə Ərəbistanından, Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Çindən, Malayziyadan - hər yerdən buraya gəliblər.

- Layihə nə vaxt tam hazır olacaq?

- Əslində belə layihələrə dövlət kömək etməlidir. Mən özümə villa tikmirəm. Bu bir şəhərdir. Bunu dövlət üçün tikirik. Hər kəs anlamalıdır ki, bu şəhər dövlətindir, millətindir. Nə qədər tez tiksəm, o qədər yaxşı olacaq.

- Bu şəhərdə mənzillər neçəyə olacaq?

- İlkin ödənişlər 3-5 min dollar arasında dəyişəcək. Amma təmirli evlər olacaq.

- Müflis olmaq necə bir hissdir?

- Mən heç vaxt müflis olmaqla üz-üzə qalmamışam. Bu gün Azərbaycanda əmlak bazarı işləmir. Mənim bu gün ən azından satışda milyard yarımlıq əmlakım var. Amma əmlak bazarında durğunluq olduğu üçün heç nə sata bilmirik.

Şirkət heç vaxt müflis olmayacaq. Bu, 30 ilin şirkətidir, güclü şirkətdir. Müflis olması mümkün deyil.

- Xeyriyyəçilik də etmisiniz?

- Bəli, mən Naxçıvanda beş məscid tikmişəm, yollar salmışam, su çəkdirmişəm. Çox böyük işlər görmüşəm. Şəhər salmağın özü də xeyriyyəçilikdir.

- Dənizdə şəhər təhlükəli deyil?

- Xeyr. Bilməyənlər üçün bu şəhər təhlükəli görünə bilər. Təmiz hava, toz yox. Əslində çox gözəl şəhərdir.

- Adi həyatda necəsiz?

- Gördüyünüz kimi sadə vətəndaşam. Ailəmə çox bağlıyam. 4 övladım var - iki qız, iki oğlan. Beş nəvəm. Oğlanlarım subaydırlar. Qızlarım evlidirlər. Birinin 3, birinin 2 övladı var. Hamımız yığışıb deyib-gülürük. Kabab çəkirik, balıq bişiririk. Onlarla birgə cizgi filminə, kinoya baxıram. Səhər də durub bir yerdə qaçırıq, idman edirik. Saat 11-ə qədər onlarla həyətdə gəzişirəm.

Dörd dənə itim var. Onları həyətdə buraxıram, onlar da mənimlə qaçır. Hər şeyə vaxt tapıram. Ördəklərim, qazlarım da var. İki ofisim var, biri "Xəzər adaları"nda, biri də "Avesta"da. Günün yarısını "Xəzər adaları"nda oluram, günün yarısını da buraya gəlirəm.

Uşaqlarıma çox vaxt özüm yemək bişirirəm. Hər yeməyi bişirə bilirəm. Hamıdan tez evə gedirəm. Son zamanlar daha çox vaxtım var. Bir az işsizlik. Neyləyim? Mən də həmişə çalışqan adam. Fürsətdən istifadə edib boş dayanmıram. Gedib evdə yemək də bişirirəm. Bu boyda Hacı İbrahim Nehrəmli özünə iş tapa bilmir, gedib yemək bişirir. İndi məndən yaxşı aşpaz çıxar (gülür). Həyatdır. İnsan bilə bilməz ki, sabah nə olacaq.

- Hobbiniz nədir?

- Çox həvəsim var, nəsə quru yer alım. Çertyojları qabağıma qoyub nəyisə çəkim, cızım. Fantaziyam çox güclüdür. Bütün günü o işlərlə məşğulam. Mən yaradıcı adamam. Boş dayana bilmirəm. Xüsusi hobbim yoxdur. Deyim ki, yaxtaya minib dənizə çıxıram, bu da mənim hobbimdir, yox.

Dostlarımla danışıb-gülürəm, bilyard oynamağı xoşlayıram.

4 nəfər yaşadığımız ev 300 kvadrat metrlikdir. O da taxta ev, dənizdə. Yəni varlı həyat tərzi keçirtmirəm. Gedib restoranlarda külli miqdarda pul xərcləmirəm. Yaxşı geyinməyi sevirəm, ən bahalı. Amma bu il heç mağazaya getməmişəm. Mən alışmışam tez-tez xaricdə mağazaya gedib alış-veriş edim. Bu il heç yerə gedə bilmirik. Ən uzaq yerimiz Qəbələdir. Özümə heç nə almamışam. Keçən ildən nə qalıbsa, onları geyinirəm. Düşünürəm, hamı necə yaşayırsa, mən də elə (gülür).

Aynurə Məmmədova

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

26 May 2017 23:05

Nazir müavini:

26 May 2017 22:58

"Səhvlərimdən nəticə çıxardım"

26 May 2017 22:57

Argentina millisində yeni baş məşqçi

26 May 2017 22:48

Düyü ilə dolu qaynayan qazan 21 yaşlı qızın üstünə aşıb

26 May 2017 22:47

Salatlara bitki yağı əlavə edin ki...

26 May 2017 22:47

Tramp İslam dünyasını Ramazan ayının gəlişi münasibətilə təbrik edib

26 May 2017 22:46

İraq ordusu dinc sakinləri Mosulun tarixi mərkəzini tərk etməyə çağırıb

26 May 2017 22:43

86 yaşlı kişi intihar edib

26 May 2017 22:42

Daha bir məşhur türk serialı reytinq qurbanı oldu - VİDEO

26 May 2017 22:37

55 kiloqram arıqlayıb fenomen oldu - FOTO

26 May 2017 22:32

İlandan hazırlanan alkoqollu içkilər - FOTO

26 May 2017 22:32

Biləsuvarda iki piyadanı avtomobil vurub

26 May 2017 22:27

Argentina millisinin yeni baş məşqçisinin adı açıqlandı

26 May 2017 22:25

Neftimiz ucuzlaşıb

26 May 2017 22:22

2017-nin manikür dəbi - FOTO

26 May 2017 22:17

Neftimiz ucuzlaşıb

26 May 2017 22:15

Argentina millisinin baş məşqçisi bəlli olub

26 May 2017 22:12

“Ronaldo” və “Messi” İranda - FOTO

26 May 2017 22:08

Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Bu dəfə ŞÜŞƏ ilə saç kəsdi - VİDEO

26 May 2017 21:57

Ağ Ev: "Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil"

26 May 2017 21:57

Misirdə terror:

26 May 2017 21:57

Nardaran qalası – yorğun, atılmış, tənha qala... (FOTO)

26 May 2017 21:55

Qazax sakini bıçaqlandı

26 May 2017 21:53

Azərbaycanda bir ailəyə dəhşətli sürpriz: Qəbirdən cadu tapdılar - VİDEO

26 May 2017 21:52

46 yaşlı kişi bıçaqlanıb

26 May 2017 21:47

13 yaşlı uşaq ağacdan yıxılaraq öldü - GƏNCƏDƏ

26 May 2017 21:43

Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir - VİDEO

26 May 2017 21:42

Yarpaq üzərində qeyri-adi rəsm əsərləri - FOTO

26 May 2017 21:42

​Beyin mərkəzləri Almaniyada bir araya gəlir -

26 May 2017 21:33

İmicini dəyişdi - kişilər bəyənmədi

26 May 2017 21:32

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var... - VİDEO

26 May 2017 21:32

G-7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzaladı

26 May 2017 21:28

Qazax şəhərində yerli sakin bıçaqlanıb

26 May 2017 21:27

Ramazan ayının ilk gününün DUASI VƏ TƏQVİMİ

26 May 2017 21:22

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib

26 May 2017 21:17

Əməkdar artist çəkiliş vaxtı zəhərləndi: "Xəstəxanaya yerləşdirib, mədəmi yudular" - FOTO

26 May 2017 21:17

"Qarabağ" Moskva klubuna rəqib oldu

26 May 2017 21:17

Evi əlindən alınan kişi "Bank Respublika"nın önündə özünü yandırdı —

26 May 2017 21:14

Fransanın MDB ölkələri üzrə regional rəhbəri İİTKM-də olub

26 May 2017 21:12

Azərbaycan XİN Misirdəki terror aktını qınayır

26 May 2017 21:08

Bakıda 5 yaşlı qızın əsərləri sərgilənəcək

26 May 2017 21:03

SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim keçirilib

26 May 2017 21:02

Füzulidə “Yaşa Azərbaycan” festivalı keçirilib

26 May 2017 21:02

Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." -VİDEO

26 May 2017 20:57

Vergilər Nazirliyinin əməkdaşları iki həftədə 1400-dən çox sahibkarla görüşüb

26 May 2017 20:57