Yusif Ağayev: "Köynəyimi, qırış-qırış edib, ortalıqa atmışdı..."

Yusif Ağayev: "Köynəyimi, qırış-qırış edib, ortalıqa atmışdı..."
21:32 11 Yanvar 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

"10-dan sonra"- verilişinin aparıcısı Yusif Ağayev illər öncə ekstremal vəziyyətə düşdüyü anlardan danışıb. O, bu haqda Millli.Az-a açıqlama verib.

""106 House" verilişinin aparıcısı olduğum vaxtlarda canlı yayımın başlamasına yarım saat qalmış gözlənilməz hadisə ilə rastlaşdım. Efirə dəvət etdiyim məşhur qonaq kulis arxası mənim efirdə geyinəcəyim köynəyi asılqanda görmüşdü. O da təsadüfən eyni köynəkdən geymişdi. Canlı yayımın başlamasına dəqiqələr qalmış gəlib mənim köynəyimi qırış-qırış edib, büküb ortalığa atmışdı. Təbii ki, mən bildim ki, bunu o edib.

Qonağım olduğu üçün hörmətsizlik etmədim, bunu ona bildirmədən tez avtomobili sürüb evə yollandım. Yaxşı ki o vaxtı Bakı küçələrində radarlar və kameralar yox idi. Yoxsa əməlli-başlı cərimə oluna bilərdim (gülür). Evə çatar-çatmaz əlimə keçən ilk ütülü köynəyimi götürərək yenidən avtomobilə əyləşib işə qayıtdım. Köynəyimin son düyməsini gedən anonsun son saniyəsində bağlayıb canlı yayıma çıxdım. Bu cür eksteremal vəziyyətlərdən teleaparıcılar çıxmağı bacarmalıdır", - teleaparıcı bildirib.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR