Bakıda alçanın fantastik qiyməti - 500 AZN

Bakıda alçanın fantastik qiyməti - 500 AZN
21:46 11 Yanvar 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədə qalxıb.

Axşam.az-ın baku.ws-ə istinadən məlumatına görə, “Yaşıl bazar”da alçanın kiloqramı 500 manata, bir ədədi isə təxminən 8-9 manata satılır.

Satıcılardan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələrlə sualdan yayınmaq istəyiblər. Bəzi satıcılar bunu ölkədə mövsüm uyğun olmadığı üçün alçanın xaricdən gətirilməyini əsas gətiriblər.

Sayt yazır ki, xaricdə alçanın bir kiloqramı 15-20 dollar arasında dəyişirsə Azərbaycana gətiriləndə bu qiymət maksimum 50 manatadək arta bilər. Yol xərci və digər xərclər alçanın qiymətinə bu məbləğdən artıq təsir edə bilməz.

Məsələ ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, alça gündəlik istehlak səbətinə daxil olmadığı üçün onlarda bu barədə hələlik ətraflı məlumat yoxdur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR