"Məni uşağın valideyni göndərib, onu evə aparmağa gəlmişəm..." - TƏHLÜKƏ - VİDEO

"Məni uşağın valideyni göndərib, onu evə aparmağa gəlmişəm..." - TƏHLÜKƏ - VİDEO
21:47 11 Yanvar 2016
270 Digər
Ölkə mətbuatı
A- A+

"Məni uşağın valideyni göndərib. Onu evə aparmağa gəlmişəm".

Orta məktəblərin birində naməlum şəxs şagirdlərdən birini bu yolla sinifdən çıxarmağa cəhd göstərib. Milli.Az bildirir ki, həmin məktəblinin valideyni hadisəni "Xəzər Xəbər"ə danışıb. Bununla bağlı əməkdaşlarımız  məktəblərdə təhlükəsizlik məsələsini  araşdırıb.

Hadisə 10 gün əvvəl baş verib. Naməlum şəxs orta məktəbə gələrək uşaqlardan birinin valideyni tərəfindən göndərildiyini, onu evə aparmaq üçün gəldiyini bildirib.

Bu hadisə təhsil ocaqlarında təhlükəsizlik tədbirləri ilə bağlı problemi  aktuallaşdırır. Çəkiliş apardığımız bir neçə məktəbdə mühafizə sistemindəki boşluqların şahidi olduq. Məsələn, 211 nömrəli məktəbdə yüzlərlə şagirdi bu yaşlı qadın qoruyur.

111 nömrəli məktəbdə də vəziyyət eynidir.

240 nömrəli məktəbin isə korpuslarından birini mühafizə polisi qoruyur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, ümumtəhsil məktəblərinin mühafizə polisi ilə təmin olunması üçün qurumun büdcəsində vəsait yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR