Vidadi Rzayev "Kəpəz"in baş məşqçisi oldu

Vidadi Rzayev "Kəpəz"in baş məşqçisi oldu
22:07 11 Yanvar 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

illi komandamızın sabiq üzvü Vidadi Rzayevin işsiz günləri bitib. Fanat.az-ın əldə etdiyi məlumata görə, 48 yaşlı veteran futbolçu bundan sonra "Kəpəz"də çalışacaq.

Belə ki, Rzayev "Kəpəz"in U-19 komandasına baş məşqçi təyin edilib. O, bu postda Fuad İsmayılovu əvəzləyib. İsmayılov özü isə hələlik işsizdi.

Qeyd edək ki, futbolçu karyerasına "Kəpəz"də başlayan Rzayev sonrdan "Neftçi", "Dinamo" (Gəncə), "Terek" (Qroznı, Rusiya), "Turan", "Ərzurumspor" (Türkiyə), "Şəmkir", "Qarabağ", "Şəmkir", "Mis Kerman" (İran) və AZAL-da oynayıb. 2007-2008-ci illərdə "Karvan"ın baş məşqçisi olan millimizin sabiq üzvü "Qəbələ" və "Kəpəz"də məşqçi kimi fəaliyyət göstərib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vidadi-rzayev-quotkpzquotin-ba-mqcisi-oldu-t46722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR