İlham Əliyev: Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər

İlham Əliyev: Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər
22:33 11 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

İran müdafiə nazirindən Dağlıq Qarabağ AÇIQLAMASI (16 Aprel 2017 14:18)
İran müdafiə nazirindən Dağlıq Qarabağ AÇIQLAMASI (16 Aprel 2017 13:42)
İran müdafiə naziri: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan...” (16 Aprel 2017 13:14)

Bakı. Trend:

“Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Deyə bilərəm ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir:

“Bu görüş də deyə bilərəm ki, formal xarakter daşıyırdı - görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir.

Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır:

“Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq.

Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq: “Əlbəttə ki, diplomatik səylər davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir və olmalıdır. Biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq”.

İlham Əliyev bildirib ki, Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir:

“Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir. Onlarla işğalçı məhv edildi, Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər.

Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq. Bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ağcaqanadlara qarşı səkkiz öldürücü ətir

27 Aprel 2017 16:53

Deputat: "Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq"

27 Aprel 2017 16:52

Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərin NƏZƏRİNƏ

27 Aprel 2017 16:52

Daşkəsəndə mənşəyi məlum olmayan 1 ton ət aşkarlanıb

27 Aprel 2017 16:49

Dövlət Komissiyası naməlum məzar yerləri ilə bağlı məlumatlara aydınlıq gətirdi

27 Aprel 2017 16:48

"Azərbaycan ordusu Ağdamdan cəbhəni yarıb Xankəndinə girə bilərdi.."

27 Aprel 2017 16:47

Bakıda “Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurub

27 Aprel 2017 16:47

"Beş mərtəbə" dairəsi ləğv olunaraq parka birləşdirildi

27 Aprel 2017 16:46

DİQQƏT: Görüntülərə baxdıqdan sonra bu içkidən imtina edəcəksiniz

27 Aprel 2017 16:44

Azərbaycanlılar Parisdə yürüş keçirdi

27 Aprel 2017 16:43

Bakıda "Müasir İpək Yolu" turistik paketi təqdim edilib

27 Aprel 2017 16:42

Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

27 Aprel 2017 16:42

179 şəhidimizin naməlum məzarı TAPILDI

27 Aprel 2017 16:42

İslam Oyunlarında Azərbaycan polisi də yarışacaq

27 Aprel 2017 16:39

Ərdoğan AKP-nin rəhbəri olacaq

27 Aprel 2017 16:38

Qara dənizdə Rusiyanın hərbi gəmisi batıb

27 Aprel 2017 16:37

Türkiyənin beynəlxalq ehtiyatları sürətlə əriyir

27 Aprel 2017 16:37

“Apple” mobil qurğularda yeni tip birləşdiricidən istifadə edəcək

27 Aprel 2017 16:35

“Samsung FaceSense” virtual reallıqla ünsiyyəti sadələşdirəcək

27 Aprel 2017 16:35

Smartfonu 5 dəqiqəyə enerji ilə dolduran qurğu təqdim olunub

27 Aprel 2017 16:35

Tabutdakı generalın kimliyi məlum oldu - FOTOLAR

27 Aprel 2017 16:33

Özündən ​28 yaş kiçik xanımla evlənən 60 yaşlı polkovnikin toyundan

27 Aprel 2017 16:33

İslamiadada polislər həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar

27 Aprel 2017 16:32

Ceyranbatanda ferma yanıb

27 Aprel 2017 16:29

Mədəniyyət Nazirliyi ona filmlərə çəkilməyə qadağa qoydu

27 Aprel 2017 16:27

Tanınmış aktyor Elməddin Cəfərov Lent.az-ın CANLI YAYIMINDA

27 Aprel 2017 16:24

Daxili İşlər Nazirliyi İslamiadada 14 idmançı ilə təmsil olunacaq

27 Aprel 2017 16:22

Tanınmış hind aktyoru xərçəngdən vəfat edib

27 Aprel 2017 16:22

Elçin Əlibəylidən televiziya rəhbərlərinə sərt sözlər

27 Aprel 2017 16:22

“Şeytan hiddətləndi və yerə...” - Öngörücüdən dünyanı LƏRZƏYƏ SALAN PROQNOZ

27 Aprel 2017 16:18

Erməni polisi öz əsgərlərini belə təhqir etdi

27 Aprel 2017 16:18

Şamaxıda bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

27 Aprel 2017 16:17

OPEC Vyana anlşamasını Rusiyasız uzatmağa hazırdır

27 Aprel 2017 16:17

Mütəxəssis: "Allergiya vaxtında müalicə olunmazsa, ağır fəsadlara səbəb ola bilər"

27 Aprel 2017 16:17

İranda seçkiqabağı kampaniya başladı: indiki prezidentin rəqibləri zəif görünür

27 Aprel 2017 16:17

Kanadalı məşqçi: "Azərbaycan idman sahəsində böyük işlər həyata keçirir"

27 Aprel 2017 16:17

Bakıda 21 yaşlı qız özünü öldürmək istədi

27 Aprel 2017 16:14

Vampirlər qadınları, uşaqları öldürdü...

27 Aprel 2017 16:14

Nizami Kino Mərkəzində Üçüncü Britaniya Filmləri Festivalı

27 Aprel 2017 16:12

Azərbaycanda əfv sərəncamına adı düşən şəxsin əvəzinə başqa məhkum azad edilib? - RƏSMİ AÇIQLAMA

27 Aprel 2017 16:12

Ələt-Astara yolundakı qəzada ölənlərin adları məlum oldu

27 Aprel 2017 16:12

Namus söhbətinə görə bacısını boğub öldürənə 9 İL HƏBS

27 Aprel 2017 16:09

21-ci əsrin 14 ən gözəl qadını – FOTOLAR

27 Aprel 2017 16:08

Əfv Məsələləri Komissiyası açıqlama yayıb

27 Aprel 2017 16:07

Sağlamlığınızı bir dəqiqədə qaşıqla test edin

27 Aprel 2017 16:06

"Beş mərtəbə" dairəsi ləğv olunur

27 Aprel 2017 15:59

Avropa IMF-ə alternativ yaradır

27 Aprel 2017 15:57

AŞPA-nın Monitorinq Komitəsinin 2018-ci ildəki iclası Gürcüstanda keçiriləcək

27 Aprel 2017 15:57

Aİ-nin Ermənistan nümayəndəliyində QALMAQAL - 14 nəfər qrant mənimsənilməsində şübhəli bilinir

27 Aprel 2017 15:57

Qara dənizdə qəza baş verdi

27 Aprel 2017 15:57