Azarkeş oyuna daxil oldu, matç dayanmadı (VİDEO, FOTO)

Azarkeş oyuna daxil oldu, matç dayanmadı (VİDEO, FOTO)
22:46 11 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə kubokunda qeyri adi hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, naməlum azarkeş meydana daxil olub, "İstli" klubuna kömək edərək, "Bolton"a qol vurmaq istəyib.

Azarkeşin meydana daxil olmasına baxmayaraq, matçın baş hakimi oyunu dayandırmayıb.

Hakim azarkeşin arxasınca qaçıb, lakin oyunun davam etməsinə işarə edib. Bu qeyri-adi hadisə matçın 76-cı dəqiqəsində baş verib. Həmin vaxt ev sahibi 1:0 hesabı ilə öndə olub.


Matç zamanı azarkeşin meydana ıxdığı an

Oyun 1:1 hesabı ilə bitib.


"İstli" - "Bolton" 1-1

Buna oxşar hadisələr futbolda çox olub. Məsələn 2014-cü ildə İtaliya çempionatında "Sampdoriya" ilə "Napoli" qarşılaşmasında meydançaya daxil olan azarkeş maraqlı görüntülərə səbəb olub.

"Sampdoriya"nı dəstəkləyən qadın tərəfdarın meydançaya yarıçılpaq girməsi tribunalardan böyük alqış alıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR